AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürovun verdiyi məlumata görə, rayonda şöbə üzvüləri və özək dəstələrinin üzvləri xeyirxah əməllərini davam etdirib.

Ə. Şükürovun bildirdiyinə görə, rayon şöbəsinin Qırılı kənd özək sədri, ehtiyyatda olan baş leytenant Şükür Tağıyevin şəxsi təşəbbüsü ilə və Qırılı kənd bələdiyyəsinin sədri Şahlar Əzimovun hesabına yaxınlarda rəhmətə getmiş müharibə veteranımız Şükür Məmmədovun oğlu, Vətən müharibəsi qazisi Yamin Məmmədovun evinə qaz xətti çəkilmişdir. Bu cür xeyirxah əməllərin həyata keçirilməsində AVMVİB Ağstafa rayon şöbəsi daim öz dəstəyini əsirgəmir.

Həmçinin, AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürov qeyd etdi ki, şöbənin Qırılı özək sədri Şükür Tağıyevin təşəbbüsü və təşkilatçılığı ilə Bravo və ABŞ-ın World International beynəlxalq humanitar təşkilatı adları qeyd olunan hərbi qulluqçuların ailələrinə bayram sovqatı paylayıb.
- Əliyev Sirac Şöhrət oğlu
- Həsənov Nəriman Məhəmməd oğlu
- Abbasov Bakir Sovet oğlu
- Abbasov Xəyyam Sovet oğlu
- Rzayev Vüsal Arif oğlu
- Qəhrəmanov Sədail Qəhrəman oğlu
- Qəhrəmanov Fəzail Qəhrəman oğlu
- Musayev Rəhman Elxan oğlu
- İmaməliyev Elvin Elsevər oğlu
- Hüseynli Əliheydər Səlahəddin oğlu
- Abdullayev Elgün Əmirxan oğlu
- Quliyev Təbriz İlqar oğlu
- Əmrahov Emin Əvəz oğlu və bundan başqa 19 nəfər qazi ailəsinə də bayram sovqatları verilmişdir.
Elnur Səlim
