BU QƏDƏR YALTAQLIQ VƏ MİSKİNLİK ANCAQ ERMƏNİLƏRƏ YARAŞIR

Dünən Xankəndində erməni «artistləri» Rusiyanın sülhməramlı əsgərləri üçün konsert proqramı təşkil etmişlər.

Adı konsert ptoqramı olsa da, ermənilər öz mənfur xislətlərinə uyğun olaraq «Rus — erməni dostluğu» haqqında səhnəciklərə daha çox üstünlük vermişlər.

Konsert zalında 200 nəfər rus hərbçisi iştirak edib.

Erməni rəzilliyi bununla bitmir. Qarabağ erməniləri Putini “İlin adamı” elan ediblər. Azərbaycan Respublikasının 44 günlük müzəffər savaşımıza rəğmən faktiki olaraq Rusiya sülhməramlılarının himayə etdiyi separatçı-terrorçuların hələlik nəzarətində qalan Xankəndi şəhərinin girişində Rusiya prezidenti Vladimir Putinin böyük portreti asılıb.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: