Xalqımız Bakıda və Sumqayıtda Şəhidlər Xiyabanına axın etdi. Həmrəylik günündə bundan gözəl həmrəylik olada bilməzdi.
Sumqayıtda xalq Şəhidlər Xiyabanına axın edib. Hamı bir düşünə bilməz, amma bayram günü şəhid ailələrinə bundan gözəl dəstək də ola bilməz. Xalqımız bu həmrəylik və Vətənimizin ərazi bütövlüyü uğrunda öz canlarını fəda etmiş qəhrəmanlarımızı anmaqla 2020-ci ilə yekun vurdular.

Bakıda da xalq Şəhidlər Xiyabanına yürüş edib. Qarabağ qazilərinin də daxil olduğu qrup məqsədlərinin bayram günündə şəhidlərimizi ziyarət etmək olduğunu bildiriblər. Yürüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Leyla Həsənova

