Müdafiə nazirliyinin təltif siyahılarından narazılıq artır…

Tanıdığımız və döyüş yolunu izlədiyimiz döyüşçülərin şikayətlərini yayınlamaq qərarına gəldik. Çünki şikayətlər və narazılıqlar yüzlərcədir. Bunu Ali Baş Komandan cənab İlham Əliyev bilməlidir. Bu ən azı döyüşən orduya qarşı təxribatdır.

Ağır döyüş yolu keçmiş zabitlərimizdən biri İlkin adlı döyüşçü yazır: «27.09.2020-ci il tarixindən Fizüli istiqamətindən döyüşə atılan, 17.11. 2020-ci ildə Xocavəndə dağdan enəndə aşağıda yallananların, kiminsə qucağında oturub döyüşə girməyənlərin, 3 ay hospitalda fırladanların hamısının medalla təltif olunduğunu görən oğlanlar onlarcadır. Hətta işi prokurorluqda araşdırmada olan fərariyə belə 2 rayonun medalının təqdim olunduğunu da gördük. Bizim adımızı silib, 2 saat döyüşdə olan birini, bizim yerimizə təqdimata göndərənləri də gördük. Biz bu 44 gündə nələr görmədik ki?

İnşəallah bizim səsimiz də lazımı yerlərə gedib çatacaq. Biz buna inanırıq. Bizim qiymətimizi Allah versin. Sizlər, bu işi təşkil edənlər — 92-93-cü illərdə bu torpağı satanların övladları, ya da nəvələrisiniz. Tarix təkar olunur. Amma axırıncı fotoda gördüyünüz kişilərdən 1 nəfərin atası itkin, 1 nəfər şəhid övladı, 5 nəfərin atası isə 1-ci Qarabağ Savaşı Qazisidir. Bizlər öz atalarımızın, sizlər də öz atalarınızın izi ilə irəliləyin, həmişə»…

Bu gün yaralı əsgəri baxımsız, səngərdəki əsgəri təminatsız, itkinlərin axtarışına biganə bir ÇT var. Bu əl kimin əlidir. Bu baş kimin başıdır. Savaş bitməmiş ədalətsizliklər meydandadır. Döyüşçünün haqqına girilməz. Bu bir savaş qanunudur. Hər gün bir döyüşçünün müraciətini dərc edəcəyik. Haqq öz yerini tapmalıdır. O çirkin niyyətlərinizi və al-verlərinizi döyüşçülərdən uzaq tutun

P.S. Bir briqadanın bu savaşda komandirsiz döyüşdüyünü biləniniz varmı?

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: