AVMVİB Lənkəran rayon şöbəsində

AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov bu gün şöbənin fəaliyyətində fəal iştirak edən müharibə veteranı, Ağdərə, Xocavənd, Füzuli və Beyləqan rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı Mirzəqulu Ağaqulu oğlu Bəşirovu 60 illik yubileyi münasibətiylə AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən «Milli Ordu-100» Xatirə medalı ilə təltif edib.

Yubiley münasibətiylə AVMVİB Rəhbərliyi adından Mirzəqulu Ağaqulu oğlu Bəşirovu təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. 100 yaşa, Mirzəqulu bəy!

Xatırladaq ki müharibə veteranımızın qardaşı Vətən müharibəsində şəhid olub.

Allahdan şəhidlərimizə rəhmət, veteranlarımıza can sağlığı arzulayırıq.

Türkay Xaqan

Bu xəbəri paylaşın: