AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, Həmrəylik günü ilə əlaqədar bir şəhid ailəsinə və 10 qazi ailəsinə sovqat veriblər.
AVMVİB Göygöl rayon şöbəsi, həm ordumuzla bağlı, həm də veteranlarla bağlı daim bu cür xeyirxah addımlar atmaqdadır və bu barədə məlumatlar vermişik.
AVMVİB Göygöl rayon şöbəsinin sədri H. Hüseynov qeyd edib ki, istər pandemiya dövründə, istərsə də Vətən müharibəsi gedən günlərdə rayon veteranları əllərindən gələn yardımı əsirgəməyiblər. Bu gün də yaralı əsgərlərimizə baş çəkir və şəhid ailələrinə dəstək olmağa çalışırıq. Bundan sonra 2021-ci ildə də bu xeyirxah işlərimizi davam etdirəcəyik.
Nurlan Məmmədli
Bu xəbəri paylaşın:







