AVMVİB Sabirabad rayon şöbəsi veteranları şəhidlərimizi unutmurlar

AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şöbə veteranlarının Vətən müharibəsi günlərində və ümumiyyətlə ötən il ərzində gördüyü işlər barədə məlumat verib.

Faiq Hüseynov bildirdi ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan geri qaytarıldı.

Çoxdan baş çəkilməyən Birinci Qarabağ şəhidlərinin və son Vətən müharibəsi şəhidlərinin ailələri, məzarlarını ziyarət etmişik. Yaralılarımızın qarşılanmasında yaxından iştirak etmişik. Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi Murad Mirzəyevin atası Telman Mirzəyevə də baş çəkdik və oğlunun məzarını ziyarət etdik. Bu ziyarətlərə əliboş getməmişik. AVMVİB-nin fəxri üzvü «İlğım» şirkətinin rəhbəri Məmməd Mənsimovun xeyriyyəçiliyi sayəsində hər bir ailəyə 100 manatlıq ərzaq yardımı, yaxud da 100 manatlıq marketdən alış-veriş kartı vermişik. Xatırladım ki, pandemiya dövründə də M. Mənsimov müharibə veteranlarına yardım göstərmişdi.

F. Hüseynov qeyd etdi ki, bundan sonra da bu istiqamətdə işlər görməyi planlaşdırırıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: