
Zəkəriyya Rəhimov
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin müavini
Nəhayət ki, Azərbaycan əsgəri Şurnux kəndində bir post yaratdı. Bu faktı Sünik rayonunun Şurnux kəndinin bələdiyyə başçısı Akob Arşakyan təsdiqləyib.
O, bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri yanvarın 5-ə qədər kənddəki ermənilərə vaxt verdi: «Bundan sonra bir nəfər də bu ərazilərdə qalmamalı, heyvanlarımız belə qarşı tərəfə keçməməlidir. Çunki artıq bu ərazilər onlarındır».
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri rusiyalı sülhməramlılarla birgə Zəngəzur bölgəsinin Şurnux kəndinə daxil olublar. Ermənistan tərəfinə kənddəki 12 evin Azərbaycan ərazisinə düşdüyü qeyd edilib.
Kəndin təmsilçisi Arşakyan Rusiya tərəfinin vasitəçiliyi ilə 12 «mübahisəli» evin sakinlərinin ən azı 2-3 yanvar tarixinə qədər Şurnuxda qala biləcəklərini söyləyib. Sərhədi təyin edərkən Sovet Ordusu Baş Qərargahının 1942-ci il xəritələrinin əsas götürüldüyünü də əlavə edib.
Bundan öncə Gorusun Qaraunc kəndinin 30 hektarlıq əkin sahələri və bağları Azərbaycanın nəzarətinə keçmişdi.Qeyd edək ki, 10 noyabrda iki tərəf arasında imzalanmış bəyanata əsasən sərhədlərin yenidən müəyyənləşməsi davam edir. Bundan əlavə daha 20 məntəqə ilə bağlı mübahisəli ərazilər mövcuddur. Bura Qazaxın işğal altında olan kəndləri də daxildir.
Bəs bu kəndlər ermənilərin əlinə necə keçib?
Əldə etdiyimiz ilginc bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Burnununun ucunu görməyən, can rahatlığına milləti və torpağını satan bir xain ağsaqqalın vecsizliyi və şərəfsizliyi ucbatından bu kənd düz 100 il erməni tapdağında qalıb.
Sovet İttifaqı dövründə müttəfiq respublikalar arasındakı mübahisəli yaşayış məntəqələrinin əhalisiylə danışıqlar aparılır. Hətta bu görüşlərdən birində, Şurnux kəndində Mir Cəfər Bağırov da iştirak edirmiş. Şurnux kəndindən olan, bəlkə də ermənilərin «ələ aldığı» bir ağsaqqal çıxış edərək Gorusun daha yaxın və sərfəli olduğunu əsas götürərək kənd camaatı və ətraf kəndlər adından Gorusun tabeliyində qalmalarını istəyir. Komissiya bu lənətulla ağsaqqalın sözüylə kəndin tabeçiliyi Gorusa verilsə də, xəritə ilə bizə aid olaraq qalıb.
Bu hadisədən çox sonralar Mir Cəfər Bağırov, həmin rayonun raykomundan soruşur ki, «o Filənkəsyan neyləyir?»
Bizləri illərdir ki, bu cür «ağsaqqalar» satıb. Amma bu dəfə satqınlığın ömrü 40 gün yox, düz 100 il olub…
