Qazaxıstan ölüm hökmünü ləğv etdi

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev respublikada edam cəzasının ləğvinə yönəlmiş Mülki və Siyasi Hüquqlar haqqında BMT-nin Beynəlxalq Paktın İkinci Fakultativ Protokolunun təsdiq edilməsi haqqında qanun imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.

Qazaxıstan protokolu 2020-ci ilin sentyabrında imzalamışdı. Bu beynəlxalq sənədə görə, imzalayan ölkələr aşağıdakı öhdəlikləri götürürlər: ölüm hökmündən istifadə etməmək və öz səlahiyyətləri daxilində hökmün ləğvi üçün bütün lazımi tədbirləri görmək.

Bu xəbəri paylaşın: