Döyüşçünü maşınla vurub qaçan «mamasının gül balası» tapılmalıdır

Şəkildə gördüyünüz Neftçalaladan olan XTQ-nin əsgəri Ağadədədir. Prezident xəstəxanada yaralılara baş çəkəndə dedi ki, çıxarın maskalarınızı xalq sizi tanısın, bax Ağadədə o igidlərdən biridir.

9 gün əvvəl Şərifzadə küçəsində «Günəş» petrolun yanında oturub taksiyə və elə bu vaxt çox bahalı maşın ilə «mamasının gül balası gəlib vurub» qaçıb. Ağadədə kəllə-beyin tramvası və çənənin alt və üst sınıqları ilə respublika xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Düz 4 gün sonra ayılıb. Huşsuz vəziyyətdə olanda cibindən «Ayfon» telefonunu və pullarını oğurlayıblar. Nə bunları vuran adam, nə də vuranın yaxınları gəlməyib.

Bircə dəfə 29-cu polis bölməsindən bir nəfər gəlib görüb danışa bilmir çıxıb gedib.

Rəsmi orqanlar qardaşımıza baş çəkib, bu hadisəni yenidən araşdırılmalıdır.

LEYLA Həsənova

P.S. İçimizdəki bu ermənilər tapılmalıdır. Döyüşçünün hərbi formada olması bizlərə nəsə anladır. Bu Vətən adına, millət adına bir ayıbdır.

Bu xəbəri paylaşın: