Şəhidin övladı dünyaya gəlib

Yevlax rayonu Qoyunbinəsi kəndində bir oğul dünyaya gəldi: Hüseynli İbrahim Əli oğlu…

Anası İbrahimi «mənim oğlum Xocalı soyqırımının qisasını alacaq» niyyəti ilə, o ruhda böyütdü…

Hərbiçi oldu. Vətən müharibəsində layiqincə iştirak etdi, neçə — neçə əsgər yoldaşlarını savaş meydanından çıxarıb, yaralarını sarıyıb, yenidən meydana atıldı.

Bu dəfə düşmən gülləsindən yan qaça bilməyərək qəhrəmancasına şəhid oldu.

Xanımı Sürfanə ilə 12 il böyük eşq yaşasalar da cəmi 1 il birgə ailə həyatı sürdürmək nəsib oldu. Oğlunun dünyaya gəlməsini səbrsizliklə gözləyirdi İbrahim …

Hər şeyi istədiyi kimi ayarlamışdı. Hətta bu barədə komandiri, döyüş yoldaşlarına da demişdi …

Ancaq indi oğlu Əlıturan balanı qarşılamağa elə atasının hərbçi dostları, doğmaları, onun yolunu ümidlə, həsrətlə gözləyənlər gəlmişdi…

Xoş gəldin Əlituran İbrahim oğlu. Əziz Şəhidim, sənin de ruhun şad olsun, sənin oğlun bizlərə — Azərbaycana əmanətdir…

Leyla Həsənova

Bu xəbəri paylaşın: