Taleyin uğursuzluğuna görə barıtımızı daimi olaraq quru saxlamağımız və mövcud həqiqi müharibə təhdidləri qarşısında özünümüdafiə imkanlarımızı inkişaf etdirməyimiz tələb olunur.
Eurasia Diary xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan Tert.am saytına müsahibəsində söyləyib.
O, eyni zamanda «məğlub millət» zehniyyətinin də qarşısının alınmasının vacibliyini qeyd edib.
“Biz ordunu uzun illər hazırladıq və inkişaf etdirdik, çatışmazlıqlara baxmayaraq silah təchizatını artırdıq. Qoşunlarımız buna baxmayaraq komandirlərinin və əsgərlərinin məhsuldarlığı sayəsində mübarizə aparmağı bacardı. Buradakı problem, hərbi-siyasi vəziyyətin səhv təhlili və yanlış təşkil edilmiş hərbi kontingentlərlə əlaqədardır», deyə Ohanyan bildirib.
Keçmiş müdafiə naziri satqınlıqla bağlı fikirləri inkar edib. O hesab edir ki, buna xalq özü qərar verəcək.
