Qarabağda öldürülüb Laçın koridorunda «xortlayan» Rusiya

«Moskvanın sülhü aldadıcı, susqunluğu qudurğan, üzə gülməsi xain, yardımı alçaldıcıdır».

Türk Şair, Yazar və Dövlət adamı olan Süleyman Nazif

******

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib.

Prezident deyib: «Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik».

Bu açıqlama bütün məqamlara aydınlıq gətirib və bir daha Azərbaycanın apardığı Böyük Zəfər yürüşünün tarixi dəyərini ortaya qoydu. İlham Əliyev bu çıxışıyla regionda söz sahibi olduğunu sübut etdi.

MÜTLƏQ BAXIN: https://youtu.be/xHEPI-Z5-Yk (Video-Buradakı it sürüsü güya Rusiyanın mövqeyini bəyan edirlər. 2 erməni və bir sürü ermənidən pis erməni)

Bu gün bəzi siyasi və hərbi reallıqlardan baş çıxarmayan adamlar informasiya məkanında çaşqınlıq yaratmağa çalışırlar. Məqsədləri və xidmət etdikləri kolon bəlli olanlar, az qala Rusiyanı xilaskar kimi təqdim edir və əks cəbhədə dayanan «müxalif»lər isə Böyük Zəfərə və qələbənin miqyasına kölgə salacaq çıxışlar etməkdədirlər. Ölkə rəhbərinin son çıxışı çox məsələlərə aydınlıq gətirməklə yanaşı, Qarabağın perespektivlərinə də işıq saldı.

Düşmən tərəfi isə məğlubiyyət girdabında çabalayarkən, onlara bu cür «pas atanların» birinin həyasızcasına və şərəfsizcəsinə, hər iki Qarabağ döyüşlərində, güya Rusiyanın bizə kömək etməsini deməsiylə (Abtalıb Səmədov), yaxud hər kəsi peysərcəsinə unutqanlığa çağıran «samodelni jurnalist», keçmiş millət vəkili Etibar Hüseynov və onlara bənzərlərin, ölkə rəhbərinin mövqeyinin əleyhinə iş apardıqları ortaya çıxdı.

Bu Rusiyaya xidmət edənlərin mövcud cəmiyyətdə qara qəpiklik hörmətləri olmasa da, könül bulandırmaları və Vətən müharibəsinin nailiyyətlərini ləkələmə kimi bir amalları var. Bu adamlar nəzarətə götürülməlidirlər.

Mən həmişə demişəm və bir daha deyirəm ki, Rusiya bu problemin memarı olmaqla yanaşı bu günədək gizli və aşkar iştirakçısıdır. Bunu kimsə unutmamalıdır. Geostrateji vəziyyətdən azca xəbərdar olan hər kəs yaxşı anlayır ki, bu gün Azərbaycanın Rusiyaya deyil, Rusiyanın Azərbaycana ehtiyacı var. Bəzi özünü politolox elan edənlər, bildirirlər ki, Rusiya orada yaşayan 2 milyon azərbaycanlı ilə bizi təhdid edir. Əslində Rusiya demoqrafiq böhran yaşayır və bu ölkəyə milyonlarla işçi qüvvəsi lazımdır. Üzləşdiyi embarqo və iqtisadi tənəzzül əlavə miqrantlar qəbul etməyə imkan vermir. Nəzərdə tutulan və faktiki fəaliyyətdə olan nəqliyyat dəhlizlərinə bu gün Rusiyanın hava, su kimi ehtiyacı var. Əgər cənub cinahdan da mərhum edilsə Moskva Krasnodartsax Federasiyasına paytaxtlıq edəcək. Şovinist və pulla satın alınmış rus «propaqandon»ları bunu yaxşı bilir və mövcud durumun hirsini bizdən çıxmağa çalışırlar. Özü də hər gün daha çox ucuz erməni ruporu olaraq, Rusiyanın informasiya etibarlılığını Simonyan kimilərinin yataq «dəstinə» çeviriblər. Bu qədər sadə və görünən şeyləri görməyənlər çıxıb siyasətçi kimi danışmaları utancvericidir.

Bəli, Rusiya bu münaqişədə tərəf kimi iştirak edirdi. Birincisi, düşmən ölkənin, nəinki ballastik raketlərini, «İsgəndər», S-300 komplekslərini işlədənlərin hamısı ruslar olub. Erməni hərbi rəhbərləri dəfələrlə etiraf ediblər ki, onların heç Qrad qurğusundan başı çıxan mütəxəssisləri olmayıb. Bu barədə əldə etdiyim faktlar və videolar əsasında araşdırma yazısını tezliklə sizlərə təqdim edəcəyəm. İkincisi, Rusiyanın hərbi müstəntiqləri Ermənistan üzərində Azərbaycan tərəfindən noyabrın 9-da vurulmuş vertolyot qəzasını «qəsdən adamöldürmə» kimi qiymətləndirdiyini açıqlayıb. Bundan əvvəl isə bu hadisə «ehtiyatsızlıq üzündən ölüm» kimi dəyərləndirilib. Müstəntiqlər o vertyalyotun nəyi müşayət etməsini açıqlamaq əvəzinə, maddə dəyişiblər. İşin daha ağır — ömürlük həbs cəzası ilə nəticələ biləcək «qəsdən adamöldürmə» maddəsinə dəyişdirilməsi faktı ilə bağlı Azərbaycan hökuməti reaksiya verməyib. Bu da Rusiyanın iştirakçı olması faktlarından biridir və araşdırıması Rusiyanın xeyrinə deyil. Rusiya həmişə kimə tərəf olduğu məlumdur. Sadəcə Rusiya Azərbaycanın savaşda gözləmədiyi hərbi taktikası və strategiyası qarşısında əlində vasitə kimi saxladığı erməniləri xilas yolunu seçdi. Optimal variant Laçın koridorunda yenidən «xortlamaq» idi və Azərbaycan tərəfi əlavə itkilərə yol verməmək, digər xarici təzyiqləri neytrallaşdırmaq üçün razılaşmaya getdi. Rusiya niyə 30 km-lik koridor, 10 km-lik koridor istəyirdi və nəhayət 5 km-lik koridorla razılaşdı? Avtomobil yolu üçün niyə 5 km-lik zolaq olmalıdır?

Rusiya düşmən işğalından azad edilmiş Hadrut və Şuşanın əvəzini bu şəkildə əvəzləşdirmək planı fikirləşmişdi. Yəni Hadrutun rayon kimi ərazisi 679 kv. km, Şuşanın da rayon kimi ərazisi 289 kv. km olub. Yəni iki rayonun ərazisi 968 kv.km təşkil edirdi. Hərçənd ki, Şuşanın kəndlərinin işğalda saxlanması indi sizlərə aydın olacaq. Xankəndi — Laçın (Zabux) yolunun uzunluğu 60 km-dir. 30 km-lik enli zolaqla Rusiya 1800 kv.km ərazini nəzarətə almaqla erməniləri sakitləşdirməyi planlaşdırırdı. 10 km-lik müdafiə zolağı 600 kv.km və ən son 5 km-lik zolaq isə 300 kv.km ərazi deməkdir. Şuşa rayonunun azərbaycanlılar yaşamış kəndlərinə əhalinin qayıdışına hələlik maneə törətməklə biz demək olar ki, şəhərin 5,5 kv. km və ona yaxın 0, 5 kv.km — lik ərazilərini azad etmiş durumdayıq. Ona görə də azad etdiyimiz Hadrut və Şuşa ərazisi 685 kv.km-dir. Rusiya isə 283 kv.km + 300 kv.km ərazini işğalçı kimi öz nəzarətində saxlamaqdadır. Məhz buna görə yerli əhalini əsrlər boyu sakini olduqları yaşayış məntəqələrinə köçürməkdənsə, Rusiya erməniləri əraziyə köçürmək planları üzərində işləyir. Bunu separatçı rejimin sabiq quldurbaşılarından olan Arkadi Qukasyanın dedikləri təsdiqləyir. O, açıqlamasında bildirib ki, əvvəllər işğal ərazilərinin məskunlaşması Cenevrə konvensiyasının tələblərini pozurdusa, indi bu işi Rusiyanın himayəsi altında görməliyik. Laçının məskunlaşması bizim maraqlarımıza daxildir və bu, Laçın və Laçın dəhlizinin Dağlıq Qarabağın nəzarəti altında qalması şərtinə əsaslanır-deyə Arkadi Qukasyan bildirib. İndi anladınızmı, bəzi üzdəniraqların təəssübünü çəkdiyi Rusiyanın gözündə qalacaq arzularını?

Ümumiyyətlə münaqişənin ilk günlərindən və daha öncələr də Laçın koridoru daim müzakirə mövzusu olub. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl, 1992-ci ildə ərazi mübadiləsi yolu ilə Qarabağ probleminin həlli fikrini irəli sürən bir memorandum hazırlamışdı. Bu plana görə, Dağlıq Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizinin əvəzinə, Azərbaycana Ermənistanın Mehri bölgəsindən Naxçıvanla birləşdirən bir dəhliz təklif edilirdi. Bu plan 1999-cu ilin aprelində Heydər Əliyev və Robert Köçəryan arasında Vaşinqtonda keçirilən görüşdə müzakirə edilmişdi. Plan Azərbaycan nümayəndələri tərəfindən rədd edildi. Bu məsələ ilə bağlı fikir ayrılıqlarına görə Vəfa Quluzadə, xarici işlər naziri Tofik Zülfüqarov və prezident administrasiyasının əməkdaşı Eldar Namazov istefa verdilər. Ermənistan üçün isə Mehrinin itkisi, ölkədə çox mübahisələrə səbəb olan bir razılaşma sayılırdı. Bu, İranla sərhədin itirilməsi demək idi.

1992-ci il iyul ayının əvvəlində Rusiya vasitəçilik çərçivəsində münaqişənin həlli üçün bir plan təklif etdi, Ağdam-Xankəndi-Şuşa-Laçın-Gorus marşrutu xüsusi bir hüquqi status alırdı, yəni «sülh və etibar yolu» yaradılması təklif edilirdi. Bu plana uyğun olaraq, 9 iyul 1992-ci ildə Azərbaycan rəhbərliyi qoşunların uğurlu hücumunun dayandırılması barədə əmr verdi. Lakin Ermənistan bu planla razılaşmadı.

1997-ci ilin noyabr-dekabr aylarında ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra təkliflər irəli sürdülər, bunların arasında Dağlıq Qarabağı xarici dünya ilə birləşdirmək üçün Azərbaycana Laçın dəhliz zonasının ATƏT-ə icarəyə verilməsi təklif edilirdi və bura nəzarət mexanizmi DQ səlahiyyətliləri ilə “əməkdaşlıq və qarşılıqlı əlaqədə” ATƏT tərəfindən qurulmalı idi.

Azərbaycan bu təklifləri milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanaraq rədd etdi. 2002-ci il iyun ayının ortalarında Azərbaycan Prezidenti Heydər Əliyev, mahiyyəti iştirakçılar tərəfindən açıqlanmayan «Paris prinsipləri»nin Mehrinin Laçına dəyişdirilməsi təklifi olduğunu söylədi. Ermənistan prezidenti Robert Köçəryan isə bu açıqlamaları rədd etdi, lakin bu prinsiplərin təfərrüatlarını açıqlamaqdan da imtina etdi.

Yekun olaraq, bölgədə sabitlik yaradılması üçün koridor boyu yaşayan əhali təcili öz yurdlarına qaytarılmalı, Laçın şəhəri təcili məskunlaşdırılmalıdır. Rusiya qarşı çıxarsa, koridor zolağında yaşayan bütün ermənilərin də köçürülməsi həyata keçirilməlidi.

XAQANİ Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: