İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və həmin partiyadan olan deputat Taron Simonyan Xankəndi şəhərinə gəlib.
Marukyan bu barədə öz Facebook səhifəsində yazıb.
Səfər zamanı onlar keçmiş və qondarma “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyanla görüşüb.
Xatırladaq ki, Ermənistan siyasilərinin Xankəndiyə gələrək separatçılarlar ilk görüşü deyil. Bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan da Xankəndi şəhərinə səfər etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı xəbərdarlıq edərək rəsmi Bakının buna sərt cavab verəcəyini bəyan etmişdi.
Marukyan və digər deputat rəsmi dövlət nümayəndələri olmasa da, onların Azərbaycan sərhədini pozaraq Xankəndiyə gəlməsi, birbaşa Rusiya sülhməramlılarının növbəti təxribatıdır.
