Ermənilər leş yığmaqda davam edir…

Yanvarın 9-da Dağlıq Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı Kovsakan (Zangilan) istiqamətində 14 erməni hərbçisinin cəsədi tapılıb.

RF Müdafiə nazirliyindən verilən məlumatlara görə, 7 gün öncə Qarabağda öldürülən daha 10 erməni hərbçinin cəsədi tapılmışdı. 6 gün öncə Azərbaycanın Xocavənd bölgəsində aparılan axtarış işləri zamanı 19 erməni hərbçisi və 1 mülki şəxsin cəsədi tapıldı.

3 gün öncə Cəbrayıl rayonunda aparılan axtarış tədbirləri zamanı daha üç erməni hərbçisinin qalıqları tapılıb. Hərbi əməliyyatlar zonasında aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1200 nəfərdən artıq erməni hərbçinin leşi tapılıb.

Axtarışlar 11 yanvar bazar ertəsi günü davam etdiriləcək.

Bu xəbəri paylaşın: