Ucarda sakinlər icra hakimiyyətinə hücum etdi, başçı iclasdan qaçdı — VİDEO

Azərbaycanda bir qrup əhali icra hakimiyyətinə hücum edib.

Fedai.az xəbər verir ki, hadisə Ucarda baş verib. Hadisənin sosial şəbəkələrdə videosu yayılıb. Videoda sakinlər acından ölürük, bizə çörək verin ifadəsini səsləndirib. Daha sonra bir nəfər qadın icra hakiminin çıxış etdiyi masaya hücum edərək onları zala atıb.

Hadisə yerində polis əməkdaşları da olub.

Hadisədən sonra Ucarın İcra başçısı Mənsur Məmmədov çıxışını yarımçıq qoyaraq zalı tərk edib.(Oxu24.com)

Bu xəbəri paylaşın: