Almaniya ordusunun yüksək rütbəli hərbçilərinin Qarabağ «dərsləri»

Almaniya ordusunun yüksək rütbəli hərbçiləri Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə ərzində pilotsuz uçan aparatları geniş çeşiddə tətbiq edərək ortaya qoyduğu təcrübəni təhlil edərək hökuməti silahlanma konsepsiyasına sürətlə yenidən baxmağa çağırır.

Fedai.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Frankfurter Allgemeine” (FAZ) nəşrinin yanvarın 22-də dərc etdiyi məqalədə deyilir.

Qəzet Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Almaniya ordusunun silahlanmasında döyüş pilotsuz aparatlarının olmaması Bundesverin bölmələrinin döyüş qabiliyyətini aşağı salıb.

Bu xəbəri paylaşın: