“Sülhməramlılar”ın Qarabağda qanunsuz «silahməramlı anti-terror” təlimləri

Rusiya “sülhməramlı” qüvvələrinin Qarabağda qanunsuz anti-terror təlimlərini keçirməsi, birbaşa Azərbaycan ərazisində qanunsuz hərbi birliklərin olmasını sübut edir. İlk növbədə sülhməramlı qüvvələrin belə bir təlim keçirməsi sual doğrur. Qeyd edək ki, bu kimi təlimlər onların missiyası ilə uyğun gəlmir.

Rusiyanın «sülhməramlı» pərdəsiylə işğalçı erməni hərbi birlikləri ilə əlaqələr, separatçı cinayətkar rejimlə sıx təmaslar, 7000 ev tikməklə təmir-tikintidən tutmuş süni mayalanmayadək rusların missiyaarına daxil edilib. Azərbaycan tərəfinin bu məsələni nəzarətdən kənarda qoyması və Rusiyanın cızdığı qondarma xəritəsində Ermənistanın «kor bağırsağına» oxşayan Dağlıq Qarabağ bir mənfur imperiyanın iyrənc oyun meydanına çevrilib. Nəzarətsizliyin ilk bəlasını rus şovinisti Arkadi Volskinin dönəmində çəkən bir xalq bu gün seyrçi mövqedə durmamalıdır.

Rusiyanın emissarlığını yerinə yetirən Rustam Muradovun üzdəniraq Arayik Arutyunla qol-boyun hansı planlar üzrə işlər gördüyünü və Xocalı qatillərindən olan hərbi cani Vitali Balasanyanın əliylə qanunsuz işğal güclərini komplektləşdirmək çırpıntıları və Hindistan daxil Ermənistana anti dron, radar sistemərinin daşınması da diqqətdən qaçmamalıdır.

İnformasiya savaşı sahəsində Rusiya regiona girdiyi «sülhməramlı» statusuna uyğun bir şəkildə öz «propaqandonlarına» heç bir redəktə etməyib. Üstəlik, Rusiyanın bu sahədəki həyasızlığı daxili işimizə qarışmağadək genişlənib. İmperiya tör-töküntüləri durmadan anti Azərbaycan təzyiqlərini artırmağa hesablanan təbliğatla üzbəüzük.

Rusiyaya «DUR!» deməyin vaxtıdır. ИВАН, ЛУЧШЕ ИДИ ДОМОЙ!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: