Video açılmırsa, YouTube-dan izləyin.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşdə deyib ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün «prioritet təşkil edir».
O əlavə edib ki, İran şirkətləri «işə başlamağa hazırdır».
Prezident İlham Əliyev onunla görüşdə bildirirb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olar.
Cavad Zərif isə İranın Qarabağda vəziyyətin normallaşmasına «yardımçı olmaq arzusunda olduğunu» qeyd edib.
Azərbaycan ötən ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğaldan azad etdiyi bölgələrdən sonra İranla dövlət sərhədini tam bərpa edib.(BBC)
