100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU… III yazı

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Redaksiyadan: Bu yazı 21 noyabr 2017-ci ildə yayınlanıb. Araşdırmanı yenidən diqqətinizə çatdırırıq. Təkrar.


(Əvvəli: https://fedai.az/?p=27522
, https://fedai.az/?p=27664)

Yaxın Şərqdə baş verən proseslər demək olar ki, 1915-1925-ci illərin təkararıdır. Qısa ekskurs edək.


Nədən Türkiyə?

1919-cu ildə ABŞ öz işğalçılıq niyyətlərini gizlətmək üçün Türkiyəyə və Zaqafqaziyaya «komissiya» adıyla məxfi agentlərini göndərdi. Vilsonun tapşırığıyla bölgəyə gələn xəfiyyə əlaltıları «Osmanlının parçalanmasının və ölümlərin qarşısını almaq üçün» gəldikləri barədə məlumatlar yayırdılar. Eyni zamanda başqa bir komanda Batum, İrəvan və Bakıya gəldilər. Rusiya isə ABŞ-dan göndərilmiş «bolşeviklər» (yəhudilər-Trotski, Zinovyev, Sverdlov, Kirov, Kuybışev, Dzerjinski və daha 245 komissar) isə Rusiyanı sahiblənməklə və oyundan çıxarmaqla öz ağalarına ayı xidməti göstərməkdə idilər. Çünki İngilislər Hindistanadək olan bütün ərazilərə tam hakimlik iddiasında idilər. Bölgədəki eser-daşnak-menşeviklər satın alınmışdı. İngiltərə öz xəfiyyələri hesabına 1918-1919-cu ildə bütün İranı ələ keçirmişdilər. Vosuq-ad Daule ilə vassal şərtləriylə saziş bağlayan İngilislər, maliyyə və hərb daxil İranın bütün strateji dayaqlarını Qacarların başı boş rəhbərləri sayəsində öz əllərinə almışdılar. Müqavilə «İran dövlətinin rifah və tərəqqisi üçün Britaniya yardımı barədə saziş» adlansa da, məqsəd, tam olaraq İranı öz protektoratına almaq idi. Əfqanıstanda isə Əmir Həbibullanı ələ alaraq onların bütün siyasi kurslarını İngiltərə müəyyənləşdirirdi. Orta Asiya da 1918-ci ildən ingilislərin nəzarətində idi. ABŞ-İngiltərə kəşfiyyatı və xəfiyyələri Osmanlı sultanına parçalanma sazişi «Sevr»i imzalatdıqdan və Mesopotomiya, Fələstin, Suriya, Avropa torpaqları və dənizləri öz mandatlarına keçirdikdən az sonra ABŞ ortaya onların mandatı altında Ermənistan və Kürdüstan kimi «müstəqil» dövlətlərin yaradılması məsələsini qoydu. Əsrlərcə cızdıqları xəyallar çin olmuşdu. Fürsətdən istifadə edən imperializm hər kiçik adadan da öz payını istəyirdi. Xain yunan, erməni və bu xislətli ərəb, kürdlər bölgənin qapılarını ardıcıl surətdə imperializmin üzünə açmışdı…

Yalnız Mustafa Kemalın başlatdığı milli-azdlıq hərəkatı Hindistanadək yayıldığını görən imperialistlər öz iştahalarını qısmalı oldular. İranda, Əfqanıstanda ingilis ağalığına qarşı başlanan hərəkat (Şeyx M. Xiyabani Cənubi Azərbaycanda, Əmənulla Əfqanıstanda, Küçük xan Xorasan və Gilanda ingilis müstəmləkə siyasətinə qarşı ayaqlanmışdılar) öz ilhamını Anadoludan alması şəksizdi. Bu gün bəziləri günahı böyük bir imperiyanı ingilis toruna salmış sultanlarda deyil, Atatürkdə axtarırlar. Amma bu adamlar, Trabzonun, İstanbulun və başqa şəhərlərin belə azad şəhərlər elan edilməsindən xəbərsiz olanlardır. Əgər Atatürk meydana çıxa bilməsəydi bu gün hər bir türkün baxıb qürur duyduğu Türkiyə olmayacaqdı. Adicə bir adaya tamah salan ingilis Lloyd Corc demişdi: «Bu adalar Hindistan-Süveyş kanalı, Avstraliya və Uzaq Şərqə olan yolumuzun üzərində yerləşir. Əgər milli istiqlaliyyət zamanındakı kimi Yunanıstanla dost olsaq, bu adalar bizim sığortamız olacaq və Britaniya imperiyasının yollarında ötürücü məntəqə rolu oynayacaqdır».

Bolşeviklərin yaydığı Lenin və Stalinin imzasıyla yayılmış başqa bir müraciətə diqqət yetirək (20 noyabr (7 dekabr 1920-ci il): «…Biz bəyan edirik ki, İstanbulun istila edilməsi ilə bağlı Kerenski (yəhudilərin nümayəndəsi) tərəfindən devrilmiş Çar hökumətinin gizli sözləşməsini cırıb atdıq.


Biz bəyan edirik ki, İranın parçalanması barədə sazişi də cırıb atdıq.


Biz bəyan edirik ki, Türkiyənin parçalanmasını nəzərdə tutan gizli sazişi də cırıb məhv elədik…


…Bu yırtıcıları və quldurları öz ölkələrinizdən qovun» (Проф. Н. Л. Рубинштейн «Ближний и Средний Восток после первой мировой войны. Лозаннская конференция» Москва 1952 г.).


Bu tarixi mənzərəni qarşılaşdırın-1915-16-17-18-20-21-22-23-24-25-2015-16-17…

Yaxın Şərqdəki Osmanlı irsi olan torpaqları bölgənin rəhbərliyi mandat sistemi ilə İngiltərə və Fransa arasında bölüşdürdü. Beləliklə, rəsmi və geniş mənada Böyük Yaxın Şərq layihəsinin ilk mühüm addımı atılmış oldu. Bunun ardından da layihə müxtəlif aktlar və tənzimləmələrlə dövrümüzə qədər mərhələ-mərhələ həyata keçirilməyə başladı.

ABŞ Konqresinin 1957-ci ildə qəbul etdiyi «Yaxın Şərqdə sülh və sabitliyi qorumaq» adlanan və «Eyzenhauer doktrinası» kimi tanınan qərar Yaxın Şərqə yönəlik münasibəti ilə bugünkü Böyük Yaxın Şərq layihəsinin eyni prinsiplərini müdafiə edirdi. Eyni şəkildə bir mətbuat konfransında ilk dəfə ABŞ Prezidenti Corc Buş tərəfindən 1990-cı ilin avqustun ayında istifadə edilən «Yeni Dünya Düzəni» anlayışı dünya ictimaiyyətini tədricən Böyük Yaxın Şərq layihəsinə öyrəşdirmə cəhdləridir. Bu gün də eyni layihənin həyata keçirilməsi üzərində iş gedir.

Birinci Dünya müharibəsində ən böyük itkiyə, məhz Türkiyə məruz qaldı. Atalar demiş, «Ayının min oyunu var, bir armudun başında». ABŞ və onun «siyasi şərikləri» Birinci dünya savaşında olduğu kimi daxili narazılıqlar içindədirlər. Xatırladım ki, o zamanlar Fransa, İtaliya, ABŞ və Britaniya kimi imperialist yırtıcılar üz-üzə gəldilər. Yarımçıq qalan bu planı bu gün Böyük Orta Doğu layihəsi adıyla həyata keçirməyə çalışırlar. Onlar Türkyənin ruhunu öldürmək üçün satqın din adamlarını yetərincə yetişdirdiklərini düşünsələr də Türk ruhunu enmək yollarını tapmadıqlarını anlamaq üzrədirlər. Bölgədə imperialist köləliyinin yeni formasını yaymaq yolunda tək maneə Türkiyə olduğunu bilirlər. Rusiya və İranın istənilən anda ayaq sürüşkənliyini də bilirlər. Hazırda daxili çaxnaşmalara nə dərəcədə nail olduqlarını bilmək üçün xarici «həmlələrə» start verilib. NATO-da baş verən son olay bir başlanğıcdır.

Artıq imperialistlərin əsəbləri pozulub. Yaxın Şərqdə PKK-PYD kölgəsinə sığınan ABŞ və Avropada dayanacağı sərhədləri itirən NATO-nun sinirləri dözmədi. NATO ABŞ-ın oyuncaq bir təşkilatıdır. Öz ağasının acığını Türkiyədən çıxararaq düşmən işarəti atdı- ATATÜRK və ƏRDOĞAN. Çünki Birinci mərhələdə planı Atatürk, hazırda isə Ərdoğan bu layihənin pozulmasına nail olmaq üzrədir.

Bu qurulma işə başlamaq üçün Ərdoğan adına bir səhifə yaradılaraq «düşmənlərlə» iş birliyinə getməsi barədə mesaj yayınlandı. Bunadək Atatürkün büstü düşmən bioqrafiyalardan birinə yerləşdirilmişdi. Bu oyunların başında NATO durması təsadüf deyil. NATO, Pentaqona bağlı bir hərbi təşkilatdır. 28 ölkənin üzv olduğu NATO, əmrləri və planları Vaşinqtondan alır. NATO daxilində ABŞ-dan icazəsiz qərar alanın, siyasi hayatına son qoyular.

2011-ci ildə NATO qərarını gözləmədən Fransa prezidenti Sarkozi, Liviyaya qarşı hərbi əməliyyatlara başladı.


Bu saat Sarkozinin nə ilə məşğul olduğunu bilən yoxdur. O, öz memuarını çap etdirməyə bir nəşriyyat tapmır. Çünkü Vaşinqton onun «qələmini qırıb»…

Bəs Türkiyə ilə münasibətlər niyə soyuyub?

Əslində Petriot sistemləri, o cümlədən F-35 və s. məsələnin görünən tərəfidir. ABŞ əvvəldən Türkiyənin indiki rəhbərliyinə etibar etmirdi və ölkədə xaos yaratmaq üçün illərcə bəslədiyi FETÖ-nü dövriyyəyə buraxdı.

Digər tərəfdən Türkiyə Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsi üçün çalışıb və bu məqsədlərlə müxtəlif qruplaşmaları silahlandırıb və maliyyələşdirib.

Onun belə fəallığı «demokratiya carçısı» Birləşmiş Ştatlarla münasibətləri tarıma çəkidi. ABŞ bu regionda əvvəlki təsir gücünə malik deyil və İŞİD-lə mübarizə olan yerdə, prezident Əsəd məsələsini ümdə problem hesab etmirdi.

Washingtonun İŞİD-ə qarşı döyüşdə ən qabiliyyətli qüvvə olan kürdlərə dəstək verməsi, Ankarada həyəcana səbəb oldu. Həmçinin plana görə bu kart oyuna daxil edilməməliydi və ona görə də Türkiyə bu oyunu qəbul etmədi.

Reallığı düzgün qiymətləndirən Türkiyə anladı ki, hadisələrə bu axarda təsir göstərmək istəyirsə, ona dostlar lazım gələcək. Prezident Əsədin əsas dəstəkçisi Rusiya ilə barışıq və İsraillə saziş bu istiqamətdə atılan addımlardır, hərçənd bu, ABŞ-ın siyasəti ilə o qədər də uyuşmurdu. Böhran, bölgədə İranın rolunu artırması və Rusiya ilə yaxınlaşma, Türkiyəni düşünməyə və yeni taktika ilə mübarizəyə sövq etməliydi. Çünki Suriyaya soxulmuş dövlətlərdən fərqli olaraq, Türkiyənin bu ölkə ilə tam 400 km sərhəddi var. Hadisələrə öz şəxsi dövlət mənafeyindən baxması ABŞ-ı qıcıqlandırır və Türkiyə, Suriyada qalmaq üçün iki nüansa yenidən baxmaq zorundadır.

  • Əsədin formal olsa da hakimiyyətini tanımalı
  • Məzhəbçi tövrünü rədd etməlidir.

Daha bir və əsas məqam isə gözlərə görünməyəndir. İsrail işğal etdiyi Suriyanın Kolan təpələrində və qeyri yataqlardan çıxacaq qazı, bu bölgə qazıyla birgə Avropaya nəqlini Türkiyədən kənar keçməklə, Aralıq dənizi vasitəsiylə nəql etmək istəməsidir. Ötürmə stansiyası yunan Kiprində olmalı idi və Ərdoğanı bu məsələdə aldadan anqlo-sion birliyi ərəb baharlarıyla baş qataraq, bu kəmərin inşasını planlaşdırmışdı. Türkiyənin bu plandan xəbərdar olması imperialistlərin çox planlarını alt-üst etməkdədir…


(Ardı var)

Bu xəbəri paylaşın: