AVMVİB 68 mininci üzvünə vəsiqə təqdim etdi

Bu gün Göygöl rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin 68 minici üzvünə üzvlük vəsiqənin verilməsi ilə bağlı mərasim keçirildi və tort kəsildi.

Bu haqda AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib. 50 nəfər gənc veterana təşkilatının üzvülük vəsiqələri təqdim olunub.

Yeni Azərbaycan partiyasının Göygöl şöbəsinin sədri və uzun müddət Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirmiş Turani Əliyevin iştrakı ilə keçirilən mərasimdə AVMVİB Göygöl şöbəsinin sədri Həbib Hüseynov və təşkilatın sədr müavini «Azərbaycan Bayrağı» ordenli Emin Orucov gənc veteranlara üzvlük vəsiqələrini təqdim ediblər. Keçirilən görüşdə Turani Həmdəm oğlu Əliyevə AVMVİB Rəhbərliyinin qərarıyla Fəxri Fərman və Birliyin təsis etdiyi «Milli Ordu 100» Xatirə medalı da təqdim olunub.

Mərasimdə 68 mininci vəsiqə sahibi Elsevər Nizami oğlu Məmmədova təqdim olunub. 68 mininci üzvlüyə həsr olunmuş tort kəsilib.

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov bildirdi ki, döyüşlərdən qayıtmış gənc müharibə veteranlarımızın hüquqlarının qorunması və onların cəmiyyətə adaptasiya olunması hər birimizin vətəndaşlıq borcudur.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: