AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov redaksiyaya ünvanladığı sualda soruşulur: «Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?»

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov
SUAL: «Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?»
Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:
- 18 yaşınadək şəxslər;
- 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;
- Pensiyaçılar;
- Sosial müavinət almaq hüququna malik olan şəxslər;
- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;
- Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.
SUAL: Yeni tətbiq edilən icbari tibbi sığorta üzrə ödənişlərdən azad olma kimlərə şamil edilir?
Əmək müqaviləsinə əsasən, işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqlarının ödənilməsinə gəlincə, qeyd olunub ki, burada əlilliyi olan şəxslər üçün hər hansı azadolma nəzərdə tutulmayıb. İcbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir:
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Şərh: Birinci şərtə görə, pensiyaçı kimi Natiq Həsənov sığorta ödəməkdən azaddır. Amma müharibə əlili kimi azad deyil. Müharibə əlili pensiyaçı sayılır. Qanunda bu boşluq barədə aidiyyatlı qurumların şərhini gözləyirik.
Fedai.az
