Sovet əlil döyüşçülərinin müharibədən sonrakı həyatına dair az dəlil var və ümumiyyətlə fotoşəkilləri isə yoxdur. Bu, NKVD qüvvələri tərəfindən informasiya sahəsinin tamamilə təmizlənməsinin bir nəticəsidir: Sovet rejimini ifşa edən şəkillər və mətnlər hər yerdə şəxsi yazışmalara qədər ələ keçirildi.
Buna baxmayaraq şikəst veteranların həyat həqiqətlərini bərpa etmək mümkündür. Tarixçilər Vladimir Kovalçuk və Valeriy Oqorodnik 1940-cı illərin ikinci yarısında onların necə yaşadıqlarını, Sovet dövlətinin öz sağlamlıqlarından əl çəkən və bunun üçün şikəst qalmış döyüşçülərə necə qayğı göstərdiyini ilk dəfə xüsusi olaraq dərc olunan arxiv sənədlərinə əsasən şərh etdilər.

QEYD: Rus rəssamı Gennadi Dobrov (1937–2011) Müharibə İmzaları seriyasını yaratdı. «Yolda istirahət» şəklində — əsgər Aleksey Kurqanov, Omsk vilayətinin Sibirdəki Takmık kəndindəki pansionatda yaşayırdı. Moskvadan Macarıstanadək müharibə yolu keçmişdi və ayaqlarını itirmişdi. Şəkil: gennady-dobrov.ru
«Onlar stansiyanın yaxınlığındakı meydanda toplaşardılar. Bəzilərinin əli və ya ayağı yox idi, bəzilərinin (keçmiş pilotların) üzlərində yanıq izləri var idi. Skamyada oturub sərnişinlərdən çörək və s. sədəqə istəyərdilər. Hava qaralanda əlillər arasında şiddətli mübahisələr başlanardı. Ən «radikal» olanlar polis tərəfindən nəzarətə alınardı, sonra da sərbəst buraxılardı. Hüquq-mühafizə orqanları əlillərlə bağlı qalmaqallara bir daha qarışmamağa çalışardılar» — deyə bunları hadisələrin şahidi Andrey Arterçuk, 60-70 il əvvəl Şepetivka dəmir yolu stansiyası yaxınlığında baş vermiş həqiqətlər haqqında danışıb.
Andrey Moiseeviçin xatırladığı insanlar kateqoriyasının zahiri görünüşləri barədə çox az təsəvvülərimiz var. Axı müharibə nəticəsində şikəst olan insanların görüntüləri olan fotoşəkillər razılaşdırılmayan bir qadağa altında idi. Onları nə mətbuatda, nə də kitablarda reklam edirdilər. SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarının müavini Boqdan Kobulovun göstərişi ilə 1945-ci il yanvar ayının sonundan etibarən NKVD-nin «B» şöbəsinin senzorları cəbhəçilərin əlləri kəsilmiş, kor, eybəcər vəziyyətdə olan fotoşəkillərini ortadan qaldırdılar, hətta adi Sovet vətəndaşlarının kor fotolarını da məktublardan belə yox etdilər. Və sonra bu «qənimətlər» o qədər «etibarlı» şəkildə gizlədildi ki, bu gün də onları müasir xüsusi xidmət orqanlarının arxivində belə tapmaq mümkün deyil …
1 fevral 1946-cı il tarixinə qədər Ukraynada yarım milyona qədər Sovet-Alman müharibəsi əlili yaşayırdı. Bunlardan 7941 nəfər birinci qrup əlilliyə, ikinci 189 560, üçüncü qrup isə 264 954 nəfər idi. Demək olar ki, hər onuncu əlil cəbhəçi (39 880 nəfər) zabit rütbəsinə sahib idi. Sonuncular arasında 21503 ikinci qrup əlil var idi. Bunu sayca üçüncü (16 539 nəfər) və birinci (1038) əlillik qrupunun nümayəndələri izləyirdi.

O illərdə Ukraynada müharibədən sonrakı dağıntılar hökm sürsə də, səlahiyyətlilər praktik olaraq əlillərin həyatı və sağlamlığı üçün narahat deyildilər. Onları dəstəkləmək üçün tədbirlər alınırdı, lakin bu — simvolik, könülsüz, təsirsiz həyata keçirilirdi.
Əvvəlcə cəbhə bölgəsindəki əsgərlərə sabit bir yaşayış yeri sayılmayan mənzil təmin etməyə çalışdılar. Bununla belə, bəzi əlillərin orada «eşitmədikləri» üçün həyat şərtlərini yaxşılaşdırmaq üçün səlahiyyətlilərə dəfələrlə «cavabsız» müraciət etdikləri hallar olub. Məsələn, müharibə əlili, Ümumittifaq Bolşeviklər Kommunist Partiyasının üzvü, sinəsi iki cərgə ordenlə bəzədilmiş Pavel Lebedev boş «yaşayış yeri» axtarırdı. Demək olar ki, hər gün (1945-ci ilin oktyabrında tərxis olunduqdan sonra) Çernovtsi Şəhər Şurasını və Regional İcraiyyə Komitəsini ziyarət edərək məmurlardan ailəsindən — altı nəfərdən kömək istəməsini xahiş edir və mənzil axtarırdı. Nəticədə Lebedev «şanslı» oldu — 15 dekabrda küçələrin donub qar yağdığı bir vaxtda mənzil aldı. Şəhər rəhbərliyinin ona verdiyi sadə «mənzillərdə» nə istilik, nə su, nə işıq, nə mebel, nə də yemək üçün qab-qacaqlar vardı. Beləliklə, Lenin və Qırmızı Bayraq ordenli cəngavər yerdə yatmalı və konserv qutularında yemək bişirməli idi.
Əlil cəbhəçi əsgər Merkotenko iaə belə primitiv bir mənzil də əldə edə bilmədi. Demobilizasiyadan sonra Odessa dəmir yolunun Znamenka stansiyasında, yəni nasistlər tərəfindən ata-anasının evinin yerində tikilmiş ibtidai bir kulubda acınacaqlı bir həyatı yaşadı. Bu «həyat» onu tez bir zamanda darıxdırdığı üçün Ukrayna KP (b) Mərkəzi Komitəsinin katibi Nikita Xruşşevə şikayət etməyə məcbur elədi:

«Yerli hakimiyyət orqanlarına müraciət etmədən, sizə yazdığım üçün məni bağışlayın. Həqiqət budur ki, onlar, heç bir tələb, heç bir istək qəbul etmirlər və hətta demək olar ki, yalvarışları belə eşitmirlər … Mən hələ on doqquz yaşında da deyiləm, amma çox şey görməli oldum: Silahların gurultusu, aclıq və soyuq, ölümlə üz-üzə dayanmaq. 1943-cü ildə on yeddi yaşımı belə keçmədən Qızıl Ordunun əsgəri oldum.
İndi bədənim qürur duyduğum altı yara ilə «bəzənib» … 1944-cü ilin dekabrında xəstəxanadan evə əlill kimi qayıtdıqdan sonra, ehtiyaclarım çoxaldı, tikib yaşadığımız daxma uçmağa «meyllidir». Xəstəxanadan çıxdığım köhnə paltarda gəzirəm. Aylardır ki, hər zaman eyni şeyi eşidirəm: “yoxdur” və ya “olanda, verəcəyik.” Kömək almadığım üçün 300 qram çörəklə yaşayıram. KP (b) U şəhər komitəsinə getdim və orada birinci katib yoldaş Brazikeviç dedi: «Onsuz da heç bir şeyimiz yoxdur, gəlməyə də bilərsən …»Buna bənzər kiçik qeydlər, 24 yanvar 1946-cı il tarixli bir məktubda Vinnitsadan ABŞ-ın Ohio, Clevelanddaki atasına ön xətt əsgəri Zelman Kvaş yazıb: «… Evim yandı, hər şey dağıdıldı və yıxıldı. İki dəfə yaralandım, əllərimin birində barmaqlarım yoxdur. İşləyə bilmirəm, yalnız həyat yoldaşım pul qazandığı üçün yaşayıram. Biz çılpaq və ayaqyalınıq. Əziz ata, xahiş edirəm, heç olmasa bir şeylərdə bizə kömək et.
«Müharibədən sonrakı ilk illərdə cəbhədə eybəcər hala salınmış müharibə veteranlarına «əlil» təqaüdü vermirdilər. Nədənsə, «renta» adlanan və yalnız birinci, ikinci qrup əlillərə aid olan əsgərlərə şamil edilə bilən beş-üç qəpiklik müavinət növü vardı. Birinci kateqoriyanın nümayəndələri dövlətdən ayda 80-150 rubl alırdılar, ikincisi bu məbləğin yarısına sahib olurdular (1945-1948-ci illərdə renta haqqının həcmi daim dəyişilirdi). Bu vəsaitlərin nə qədər az olduğu, onları ərzaq və geyim qiymətləri ilə müqayisə etdikdə aydın olur. Məsələn, 1947-ci ilin yayında bazarda bir litr süd üçün 10 rubl, bir kilo donuz əti 120, bir kilo çovdar — 850 rubl idi. «Ştatdankənar» ümumi kənd mağazasında adi bir kişi kostyumu 700-800 rubla satılırdı.

«Sabit» məbləğə əlavə olaraq, müharibədə şikəst olan veteranlara «pay» da verilirdi. OUN Təhlükəsizlik Xidməti tərəfindən NKVD ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan əlil Pavel Kotelkovun, aylıq rasionu 9 kq un, 400 q suxarı, şəkər, kərə və bitki yağı, bir litr kerosin, 4 kq duz və bəzi Amerika paltarları olurdu. Ancaq bu rasionun həcmi qısa müddətdə azalmağa başladı. Məsələn, 1946-cı ilin yayında, ikinci əlillik qrupuna sahib olan Stalin vilayətinin Volnovaxa bölgəsindən olan Dmitri Levçenkonun aldığı çörək payının həcmi əvvəlkindən 50% az olmuşdu.
Dövlət əlillərə bir sıra imtiyazlar verdi, məsələn, onlara əllərin, ayaqların, dişlərin prioritetləşdirilməsi üçün, ortopedik ayaqqabılar, korsetlər verməli idi. Əlillər qış üçün yanacaq almaq hüququna da sahib idilər. Lakin, tez-tez yuxarıdakıların çoxu yalnız kağız üzərində elan edilirdi. Məsələn, 1945-ci ildə Ukraynanın rəsmi məlumatlarına görə üç fabrikdə və iyirmi altı protez emalatxanasında 23504 ayaq protezi, 8359 əl protezi, 13.649 cüt ortopedik ayaqqabı və 794 korset istehsal olunsa da, bu məhsulların istehlakçılarının məktubları keyfiyyətləri ilə bağlı şikayətlərlə doludur. Çoxları yalnız yaxşı protez arzulayırdı, çatışmazlıq ucbatından «ala» bilmirdilər.
(Ardı var)
Tərcümə Fedai.az-a məxsusdur (GORDONUA.COM)