Türk daim belindən erməni qadınlarının tələsinə düşür

Hekayədəki hadisələr Türkiyə ərazisində ermənilər yaşayan bölgədə cərəyan edir.

Polis rəisi Həmdi əfəndinin erməni gizli təşkilatlarına göz açmağa imkan vermədiyini görən keşış Arşam, onu aradan götürmək planı hazırlayır.

Həmdi əfəndinin erməni qadınlarına meylini və tez-tez şəhərdə Anna-Maqdalina adı ilə məhşur olan erməni qızının evində olmasını yaxşı bilən dəstə üzvləri onu vəhşicəsinə qətlə yetirirlər. Kütləvi həbslərdən yaxa qurtarmaq üçün keşış bütün günahları öz üzərinə götürməsi üçün Annanı dilə tutur. Onun bütün günahlarını bağışlamaqla, az qala müqəddəs elan edir. Keşiş Annaya deyir: «Mən bura gəldim ki, səni günahlardan təmizləyim. Bu gündən etibarən sən qadınlar arasında ən təmiz və bakirə bir qadınsan. Çünki sən minlərlə ananın göz yaşlarını sildin, yüzlərlə gənc qəhrəmanın həyatını xilas etdin, bir şəhəri iblisdən qorudun, sən bu müqəddəs əməlinlə heç bir erməni qadınının ucala bilməyəcəyi bir mərtəbəyə yüksəldin».

Nəticədə qatillər cəzadan yaxalarını qurtarırlar və günahkar kimi Anna edam edilir.

Рубен Зардарян (1874-1915). «Искупление».

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: