Arayik Arutyunyanın etirafı: QARABAĞDA İNTRİQALAR DAVAM EDİR

«Fakt. am» gündəlik erməni qəzeti yazır: “QARABAĞDAKI daxili siyasi vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Siyasi qüvvələr milli həmrəylik hökuməti qura bilmədikdən sonra QARABAĞIN qeyri qanuni prezidenti Arayik Arutyunyana qarşı gərginlik daha da artmışdır.

Ermənistan hakimiyyət dairələrinin təzyiqi ilə Arayik Arutyunyanın bu yaxınlarda açıq mətndə etiraf etdiyi çətin qərarların gözlənildiyini və QARABAĞ məsələsində yeni güzəştlərə hazırlaşdığı barədə məlumatlar yayılmaqdadır».

Qəzetinin yazdığına görə, Qarabağın siyasi qüvvələri əmindirlər ki, Arayik Arutyunyan və Nikol Paşinyan tərəfindən Qarabağın təhvil verilməsi proqramı planlaşdırılır və bu plan tamamlanmaq üzrədir.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: