BNA (Bakı Nəqliyyat Agentliyi) şəhərin küçələrini alverxanaya çevirib. Bu agentlik əlçatmaz, ünyetməz bir idarədir.
Nəinki şikayətçi dinləyən, heç telefona cavab verən də yoxdur. Sonra da deyirlər, oğurluq milyonlar necə əldə olunur, böyük-kiçik məmurlar necə oliqarxa çevrilir?..
Bu da bir misal: Bura Səbail r. T. Əliyarbəyov və Ə. Əlizadə küçələrinin kəsişdiyi yerdir. İllərdır, bir necə yerdə ödənişlər müəyyən olunanadək dayanacaqların pulsuz olması barədə lövhələr asılıb. Amma 10-15 metrdən məsafədə vəsiqəsiz pul yığan parkovşik qoyublar, onlar da hər avtomobil saxlayandan 5 manat pul tələb edirlər. Hamıya məlumdur ki, ödəniş qəbzi də verilmir. Pul verməyənləri və 2-sırada saxlayanları isə bu pulyığanların çağırışı ilə gələn BNA nümayəndələri cərimələyir. Bu savadsız, mədəniyyətsiz canlılar, hətta insanları təhqir etməkdən belə çəkinmirlər. Nə ziyalıya, nə müəllimə, nə veterana, nə əlilə hötmət qoymurlar.
Şəhərin əksər ərazilərində vəziyyət belə acınacaqlıdır. Yaxşı, adam işə gəlir, yaxınlıqda maşınını saxlamalıdır, ya yox? Buna görə bu möhtəkirlərə gündəlik 5 man. veməlidir? Yığılan pullar büdcəyə gedirsə, razıyam, ödəniş etməliyik, onda qəbz niyə vermirlər, bəs onda ödədiyimiz pulun hara getdiyini niyə bilməli deyilik?
Eyni zamanda, ödəniş məbləğinin də müəyyən rəsmi qədəri olmalı deyilmi? Niyə insanlar möhtəkirlərin ciblərini doldurub, sonra da giley-güzar eləməlidir?
Belə çıxır ki, vətəndaşlar məmurların donorudur.
Dəyanət Osmanlı, şair-jurnalist




