Bizim media Marqarita Simonyanın məqsədli informasiyalarını yayaraq, güya erməni quldur dəstələrinin Qarabağdan çıxarılması barədə dezinformasiya yaymaqdadırlar. Öncədən bildirim ki, bunu bir mərkəzdn və məqsədli şəkildə edirlər.
Kimsə belə yoxlanmamış və yoxlamaq şansları olmayan informasiyanı oxucu qazanmaq xatirinə, «Cibutidə zorlama hadisəsi» kimi verirsə böyük yanlış edir. Rusiya «sülhməramsız» hərbi mafiyası separatçılarla iş birliyində yeni planlar quraraq qondarma daxili işlər nazirliyini sizcə niyə yaradırlar? Məqsəd bu bölgədəki terrorçu dəstləri bu quruma daxil edərək qanuniləşdirməyə çalışır. Bu separatçı terroristlərdən yerli etnik ermənilərin müdafiəsi pərdəsiylə istifadə edərək bölgədə daim gərginliyipik səviyyədə saxlamağa çalışır. Məsələ budur. Bir erməni qulduru belə ölkəni tərk etməyib. Dünən qondarma «dqr” təhlükəsizlik şurasının sədri Vitali Balasanyan Qarabağdakı ermənilərin «təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini bəyan edib.
“Bəzi KİV və sosial şəbəkələrdə “Artsax Müdafiə Ordusu”nun (Erməni tərəfinin qondarma rejimin qoşunlarına verdiyi ad – red.) ləğv ediləcəyi və Qarabağın sərhədlərinin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Bununla əlaqədar ictimaiyyətə bildirmək istərdim ki, “dövlət qurumlarımız” hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi birliklərin formalaşdırılması ilə məşğuldur”, – deyə Balasanyan açıqlamasında vurğulayıb.
Ermənistan KİV-ləri xəbər verir ki, Vitali Balasanyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə terrorçu və separatçı ekstremistlər yeni peşəkar silahlı dəstlər yaradırlar: «Hazırda bu dəstələrin təşkili məsələsi ilə məşğul olurlar. Buradakı erməni kökənli əhalinin «təhlükəsizliyini” təmin etmək üçün əlimizdən gələni edəcəyik».
“Məsələn, Xankəndinin Açapnyak (Malıbəyli – red.) və Krkcan (Kərkicahan – red.) bölgələrinin və İvanyanın (Xocalı – red.) gələcəkdə azərbaycanlı ailələr tərəfindən məskunlaşacağı, azərbaycanlıların Xankəndinin ticarət nöqtələrində alış-veriş etməsi barədə də söhbətlər gəzir. Sizi inandırıram ki, bu cür xəbərlər əsassızdır”, – deyə Balasanyan bildirib.

Hərçənd ki, bəzi erməni mənbələri bu məlumatı tələsik cəfəngiyyat adlandırsa da (jurnalist Ani Sahakyan), bu günlərdə mülki formada muzdluların sərhəddə saxlanması faktı deyilənləri təsdiq edir. Bu fakt isə Rusiyanın sülh adına qara yamaq olmasını bir daha sübut edir və onun bölgəyə daşıdığı ermənilərin kimliyini bir daha yoxlamaq üçün əsas verir.
Bir az ağıllı olun, cənab jurnalistlər. Düşmən bizim axmaqlığımızdan bizə qarşı silah kimi istifadə etməkdədir. Necə deyərlər, belələri jurnalist deyil, «düşmən topuna mərmi qoyanlardır»…
AVMVİB Mətbuat Xidməti
