
Əli Nəsib Zərdabi
Məxsusi olaraq Fedai.az üçün
Azərbaycanda su və kanalizasiya tariflərinin 2 dəfə artırılması ilə adı çəkilən xidmətlərin təchizatçısı və təbii inhisarçısı «Azərsu» ASC-nin zərərlə işləməsi səbəb göstərilib.
Onların hesablamalarına görə, yeni tariflər səhmdar cəmiyyətinin dövlətin büdcəsindən dotasiya almadan da fəaliyyət göstərməsinə imkan verəcək.
Dövlət şirkətinin 2019-cu ilin yekunları ilə bağlı maliyyə hesabatında bildirilirdi ki, onun təklif etdiyi 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1,42 manat, orta satış qiyməti isə 0,75 manat olub. Başqa sözlə, xidmətin maya dəyəri orta satış qiymətini 0,67 manat və yaxud 89,3% üstələyib (?!). Tarif Şurasının qərarı ilə həmin fərq demək olar ki, aradan qaldırılıb.
Xatırladaq ki, bu təklif ilk dəfə 2017-ci ildə irəli sürülmüşdü, 1 kubmetr su-kanalizasiya xidmətlərinə görə maya dəyəri satış qiymətilə müqayisədə 2 dəfə çox olması barədə «Azərsu» ASC 2017-ci ilin yekunları ilə bağlı maliyyə hesabatında bildirmişdi.
104 YAŞLI SU ÖTÜRÜCÜ STANSİYALAR
Hesabatda deyilirdi ki, 1 kubmetr su-kanalizasiya xidmətlinin maya dəyəri 1,17 manat təşkil edib.
«Maliyyə ilində əməliyyat zərəri olub, pul vəsaitlərinin dövriyyəsində kəsir olub. Buna səbəb Tarif Şurasının müəyyən etdiyi tariflərdir ki, bunlar da maya dəyərindən aşağıdır», deyə «Azərsu»nun hesabatında deyilirdi.
Məlumatda qeyd olunur ki, maya dəyəri 1,41 manat, satışa görə orta qiymət 0,74 manat olub.
Amma «Azərsu» suyu maya dəyərindən 2 dəfə az satdığını bəyan edir, ancaq maya dəyərinin özü necə hesablandığını keçirdiyi tenderlərin nəticələri kimi heç vaxt açıqlamır.
Xətləri büdcə vəsaitinin hesabına çəkirlər, dövlət büdcəsindən dotasiya və vergi güzəşti alırlar (bəzən vergi borcları ləğv olunur), suyun özü isə Kürdən gəlir, Ceyranbatan su ambarı mövcud olub. Üstəlik, Şollar su xəttini də Qorxmaz müəllim şəkməyib. Oğuz-Qəbələ-Bakı xətti ilə suyun özü axır. Hansı səbəbdən «Azərsu» zərərlə işləməlidir?..
İqtisadşı Toğrul Maşallı isə həmin il maraqlı bir məqama toxunaraq bildirmişdi ki, 2017-ci il ərzində su kəməri şəbəkəsinə 553 milyon kubometr su vurulub.
“Eyni zamanda istehlakçılara 260 milyon kubometr su verilib. Verilən suyun qalan hissəsi, 292 milyon kubometri və ya 52,9% (2016-ci ildə 51% olmuşdu), “öz ehtiyaclarına, həmçinin uçota alınmayan və itirilən su məsrəfləri”nə aid edilib”, iqtisadçlı facebook səhifəsində yazıb.
Bəli, bu tapılan xidmət haqqını maya dəyəri elan edən “Azərsu” ASC bunu hansı kriteriyalarla hesablanması ilə bağlı indiyədək heç bir açıqlama verməyib.
Rəsmi məlumata görə, “Azərsu” ASC ölkə üzrə 1413661 abunəçini içməli su ilə təmin edir. Bunlardan 1354783-ü əhali, 58878-i isə qeyri-əhali istehlakçılarıdır.

Cəmiyyətin balansında 18244 km uzunluğunda su, 3507 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.
1 yanvar 2018-сi il tarixə «Azərsu» ASC üzrə işçi sayı 12 500 nəfər olub və bəzi mənbələr bu işçilərin tam yarısı israfçılığa hesablanan bir siyasətin ilkin şərtlərindən hesab olunur.
İndi isə «maya dəyəri» saydığı mənbələrlə bağlı bir sıra faktlara diqqət edək. XİX əsrin ikinci yarsından sonra Bakıda neftin sənaye üsulu ilə çıxarılmasıyla, neft sənayesinin inkişafi və Bakı əhalisinin sürətlə artımı Bakının su təchizatında problemlər yaratmaga başladı. Sürətlə xarici olkələrdən Bakıya neft maqnatları və yeni əhalinin gəlməsinə şərait yaratdı.
Artıq Bakı şəhər Dovlət Duması 1860 -cı ildən şəhəri su ilə təmin etmək haqqında müxtəlif layihələr həyata kecirməyə başladı. Duma yerli və xarici mühəndisləri Bakıya dəvət etdi. ilk əvvəl bu məsəlləni həll etmək ücün Bakı kəndlərinin yeraltı su mənbələrindən istifadə etmək tövsiyə edilirdi. Lakin mühəndislərin verdiyi rəylər özünü dogultmadı.
1890 -cı ildən su mənbələri Bakıdan kənarda axtarılmağa başlanıldı. İlk əvvəl bu mənbə Kür cayı nəzərdə tutulmuşdu. Lakin suyun yetərli dərcədə təmiz olmamasına görə bu fikirdən daşındılar və təxirə salındı. Buna səbəb Bakıda əlavə su təmizləyici anbarların tikilməsinə ehtiyac yaranması oldu.
Eyni zamanda əlavə xərclər də ortalığa cıxırdı. Bu iş1901 — ci ildə Rusiya Dövlət Dumasının deputatı və Bakı Dumasında fraksiya sədri Əlimərdan bəy Topçubaşova həvalə olundu. İlkin olaraq layihə işlərinə maliyə ayrıldı. Layihə ücün ilkin olaraq128.000 rubl vəsait ayrildı.1908 — ci ildə Bakıda 177 km aralıda yerləşən Xaçmazın yaxınliğında olan Şollar su mənbəyi seçildi. Layihə1909 — cu ildə hazır oldu və dərhal işə başlamaga start verildi. Tikintiyə başlamaq ücün xaricdən «Qziffite. co» şirkəti dəvət olundu. Tikinti həcminə görə, XX əsrdə ən böyük layihə hesab olundu. Layihəyə rəhbərlik mühəndis V. Lindeleyə həvalə edildi. Bakı Dövlət Duması layihəni maliyələşdirmək ücün illik 5 faizlə 29.000.000 rublluq zayom tədəvülə buraxdı. Tez bir zamanda zayomun 23.500.000 satıldi. Bakı milyonerləri Z. Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev və başqaları küllü miqdarda öz vəsaitlərindən təmənasiz olaraq pullar ayırdılar. Tikinti başlandı. O, dövr ücün tikintidə yeni texnologiyalardan geniş istifadə edilirdi. Nəhayət, 21 yanvar 1917 — ci ildə kəmərlə Bakıya Şollar suyu gəldi.

XATIRLATMA: Şollar suyu mənbəyindən düz Tağıyev qəsəbəsinə qədər (köhnə Nasosnu) öz axarı ilə gəlir. Tağıyev qəsəbəsindən su Bakıya nasoslar vasitəsi ilə ötürülür. Bakıda Yasamalda Torpaq komitəsinin arxasında yerləsən yeraltı su anbarından Bakıya paylanır. Həmin anbar yuz ildən artıqdı tam gücü ilə işləyir. Hal-hazırda Şollar suyu kefiyyətinə görə birinci olaraq qalır…
Bildirim ki,1917 — ci ildə Bakı şəhərində 262.000 nəfər əhali yaşayırdı. Kəmərin su ötürmə qabliyyəti saniyədə 4,5 kub metrdi .
1930 — cu ildən Bakıda əhali sürətlə artdı, eyni zamanda sənaye inkişaf edirdi. Artik su kəməri təlabatı ödəyə bilmirdi.
AzKP(b)- nin qərarı ilə 1934-cu ildə ikinci su kəməri cəkmək ücün qərar qəbul olundu. Su kəməri həm icməli su təlabatını, həm də texniki su təlabatının odənilməsini yerinə yetirməli idi. Su kəmərinin Xaçmaz rayonu ərazisində olan Samur çayından cəkilməsi nəzərdə tutulurdu. 1941-ci ildə müharibənin başlaması ilə tikinti müvəqqəti dayandırılır. Müharibədən sonra kəmərin tikintisi davam etdirilir. 1957 — ci ildə işlər tamamlanır. Su kəməri Ceyranbatana qədər yer üstü beton kanalla ötürülür.
Ceyranbatanda həcmi 130.000.000 kub.metrlik su anbarı yaradılır. Anbardan icməli su borular vasitəsi ilə Bakıya və Bakı kəndlərinə ötürülür. Abşeron və Bakı kəndlərini suvarma suyu ilə də təmin etmək ücün iki su kanalı cəkilir. Həmin kanallar bu gün də işlək vəziyyətdədi. Kəmərin gücü saniyədə 7,5-8 kub.metrdi.
Ücüncü sü kəməri 1971 — ci ildə Kür çayından Bakıya çəkilib. Kəmərin gücü saniyədə 7.5 kub.metrdi. Suyun 3-4 kub.metri sənaye ücün nəzərdə tutulub.
Dördüncü su kəməri Bakı şəhərinə 2011-ci ildə «Oğuz-Qəbələ-Bakı su kəməri cəkilir. Su kəmərinin gücü saniyədə 5 kub. metr, hazırda kəmər 4.3 kub.metr işləyir.
Bakı Şollar su kəmərinin 104 iliyi tamam olmasını «Azərsu» ASC özünə məxsus bir tərzdə xalqı «təbrik» etdi. Qəflətən suyun qymətini koronovirusun tüğyan etdiyi bir dövrdə iki dəfə qaldırdı. Üstəlik, mayasız sahib olduğu suyu maya ilə bizə satıb ziyana düşməsini dedi. Su aydınlıqdı deyərlər.
Amma bu 4 kəmərdən bircəciyi «Azərsu» ASC — yə aiddi. Onun da taleyi «aydınlıq» yox, çox qaranlıqdı…