Məktəblilər arasında yoluxma, dərslər dayandırılacaqmı? — RƏSMİ

Azərbaycanda son iki gün ərzində təhsil müəssisələrində 6 şagird və 8 işçi heyəti koronavirusa yoluxub.

Bu rəqəm Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-la bağlı yaydığı məlumatda öz əksini tapıb. Ölkədə təhsil müəssisələrində yoluxmaların sayı artarsa, rəqəmlərin hansı həddə çatması ənənəvi təhsilin dayandırılacağına səbəb olacaq?

Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 6 şagird və 8 işçi heyətindən heç biri məktəbdə yoluxmayıb: «600 000-dən çox şagirdə nisbətdə bu, çox kiçik rəqəmlərdir. Digər tərəfdən həmin şəxslər məktəbdə yoluxmayıb. Yoluxan şagird və müəllimlər müəyyən olunmuş müddətə təcrid edilirlər. Təhsil müəssisəsinin bağlanmasına qərar yerli gigiyena- epidemiologiya mərkəzləri (GEM) ilə razılaşdırılaraq verilir». (BAKU.WS)

Bu xəbəri paylaşın: