Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.

Fedai.az xəbər verir ki, o  bu barədə öz «Twitter» hesabında məlumat verib.

«Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar — səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük»,-deyə H. Hacıyev qeyd edib.

Xatırladaq ki, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin əməkdaşları Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. 

Diplomatlar ilk olaraq Cocuq Mərcanlıya gediblər. Səfərdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da iştirak edir.

Səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı ilə tanış olublar. 

Bu xəbəri paylaşın: