Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq — Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.
Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton, bazar ertəsi, 8 fevral tarixindən başlayaraq Azərbaycana iki günlük səfərə gələcək. Nazirin səfəri Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.
Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.
Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq — Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.
Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd etmişdir: