NURU PAŞANIN ŞAMAXILI KÜRƏKƏNİ
Həbib Əfəndi Hacı Məcid Əfəndi oğlu. 1869-cu ildə Şamaxıda doğulub.
Atası M.Ə. Sabirin və C. Məmmədquluzadənin dostu, Hacı Məcid Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Uşaq vaxtından dəcəl olan Həbib Əfəndi Mirzə Ələkbər Sabirin sabun bişirdiyi tiyanını aşırır. Hacı Məcid Əfəndi bu hərəkətinə görə Həbibə əsəbləşir və onu bağışlamır, hətta qubernatordan xahiş edir ki, onu sürgünə yollasın.

Həbib atasından bərk inciyir və baş götürüb Şamaxıdan İstanbula gedir. Hacı Məcid Əfəndinin bu şəhərdə Hacı Əhməd Paşa adlı dostu olduğunu bildiyindən, onun evinə düşür. Əhməd Paşa da Ənvər və Nuru Paşaların atasıdır.
Əhməd Paşa dostunun oğlunu himayəsinə götürür. Qızı Züleyxanı ona nişanlayır. Ancaq Həbibin bəxti burda da gətirmir. Züleyxa (Zəlihə) vaxtsız ölür. Ancaq Həbib bu ailədə yaşamağa davam edir. Universitet təhsili alır. İstanbulda və başqa şəhərlərdə müəllimlik edir. Hətta 1914-cü ildə Hələbdə vali də işləyir. Ara-sıra məktub yazmağına baxmayaraq, o qədər incikmiş ki, 1908-ci ildə atasının dəfninə də gəlmir.
1918-ci ildə Həbib, nəhayət, Vətənə qayıtmağa qərar verir. Şamaxıya gələn Həbib Əfəndi şəhərin qəza rəisi Azad bəy Qocamabəyovla görüşür. Digər Şamaxı başbilənləri ilə məsləhətləşib, Ənvər Paşaya bir məktub yazırlar. Həbib Əfəndi məktubu da götürüb təcili İstanbula qayıtdır.
1918-ci ildə Həbib Əfəndi Əhməd Cavadla birgə Nuru Paşanın ordusuna qoşulub İrana, Naxçıvana, daha sonra Gəncəyə gəlirlər. Məhəmməd Hadi də o zaman Gəncədəymiş. Ona ordunun imamlığını tapşırırlar. Gəncədən sonra keçirlər Göyçaya, Şamaxıya və nəhayət Bakıya. Həbib Əfəndinin kiçik qardaşı (ögey qardaşı) Mahmud Əfəndi də onlara qoşulubmuş, ancaq Bakıya doğru yolda itkin düşür.
1918-ci il il iyulun 30-da Bakı ətrafına çatırlar və şəhərə hücumlar başlanır. Sentyabrın 15-də səhər saat 9-da Türk ordusu Bakıya girir. Həbib Əfəndi də türk qoşunları ilə Bakıya daxil olur və şəhərin alınmasında iştirak edir. Nuru paşanın Azərbaycandakı bütün əməliyyatlarında Nuru Paşanın məsləhətçisi və bələdçisi olur. 1918-ci il noyabrın 17-də Qafqaz İslam ordusu Bakını tərk edir. Həbib Əfəndi Şamaxıda qalır. Çünki atasının sonuncu evliliyindən olan 4 uşağı sahibsiz qalmışdı.
Bolşevik hökuməti aradan illər keçəsə də Həbib Əfəndini unutmur, ondan qisas almağı planlaşdırır. Qafqaz İslam Ordusundakı xidmətlərindən başqa Həbib Əfəndinin doğma qardaşları Mustafa Əfəndi, Süleyman Əfəndi və kürəkəni Sirac Əfəndi «Diyallı atlıları» adlı (HƏbib bəyin atası Hacı Məcid Əfəndi İsmayıllı rayonun Diyallı kəndindən olub) dəstə yaradaraq Diyallı dağlarında daşnakların və bolşeviklərin qabağını kəsib onları Lahıca buraxmışdılar.
1930-cu ilin aprel ayının 12-dən 13-nə keçən gecə bu Həbib Əfəndi, qardaşları Mustafa Əfəndi, Süleyman Əfəndi və kürəkənləri Sirac Əfəndi həbs edilərək Bakı şəhərinə gətirildiər və «Sentralnı» adlanan həbsxanaya sahndılar.
2 ay 20 gün çəkən əzablı istintaqlan sonra 1930-cu ilin iyul ayının 7-də Az.DSİ-nin üçlüyünün cəmi 1,5 saat çəkən məhkəmə iclasında onları Az.SSR CM-nin 2-ci hİssəsinin 72-ci maddəsi ilə dövlət əleyhinə fəaliyyətdə təqsirli bilib güllələnməyə məhkum etdilər və az sonra 4-ünü də güllələdilər.
40 ildən sonra bəraət alsalarda hecbirinin məzarı yoxdur.
Həbib Əfəndi ömrün sonuna kimi evlənməyib.
Qafqaz Qabil
#GizliFAYL

