OLCAY CAN KAPLAN
1. Xarizmatik lider / Tək başçı
Ergenekon əfsanəsini eşitməyən yoxdur. Dəmir dağı əridən Türk qövmünün bir qurdun rəhbərliyində tarix səhnəsinə yenidən çıxış hekayəsi …
Lakin həqiqi tarixdə bir mənzərə heç dəyişmir. Türklər ətrafında birləşmək üçün bir lider tapdıqda, tarixin gedişini dəyişdirmək üçün səy göstərirlər. Asiya Hun dövlətinin qurucusu Teoman, bu liderlərin ilk nümunəsidir. Daha sonra, tarix səhifələrində adını yazan Mete Xan, 209-cu ildə səhnəyə çıxacaq və Hun taxtında oturacaqdı. Xalqın dəstəyi ilə tezliklə Çinlə döyüşərək müharibələrdə qalib gələcək və ölkədən xərac alacaqdı. Hərbi sistemi 10-lu sistemə keçirərək bu günədək çatmış bir yenilik imzalayacaqdı.

Türklərdən nə zaman xarizmatik lider ortaya çıxsa, dünyanın tarixinə təsir edəcək bir fiqur ortaya çıxardı. Göytürklər dövründə (552) Bumin Kağanın arxasında tək vücud olan Türklər, qısa müddət içində nəhəng Çin ölkəsini vergiyə bağlayacaq qədər qüvvətləndilər. Türk cəmiyyətinin müvəffəqiyyətə qovuşduğu dövrləri hesaba alsaq, xarizmatik bir lider və ona canıyla qanıyla bağlanan xalq qarşımıza çıxar. Sistemlər və sülalələr digər xalqların tarixində ön plana çıxması fonunda, Türk tarixində isə onlara rəhbərlik edən lider böyük önəm daşıyar. Səlcuqlularda da köklü uğurlar Alparslan, Məlikşah, Kılıçarslan kimi şəxsiyyətlərin adıyla bağlanır. Osmanlıda isə Fatih, Yavuz Səlim, Qanuni və II. Abdülhamid də belə sayılır. Bunun səbəbi zehinlərimizdə oyulmuş olan qüdrətli dövlət başçısı idrakıdır.
140 il əvvəl bizləri konstitusiyalı monarxiyaya keçməyə məcbur edənlər kimlərdir? Bütün bu, Türklərin təkrar bir liderin ətrafında yenidən birləşməsinə maneə törətmək üçün edilmişdimi? 27 may qiyamını edib Baş nazir Adnan Menderesi edam edənlər xalqın bu böyük liderə könül verməsindənmi narahat olmuşdular? Cavablar sualların içindədir.
2. Dövlət və Kut: Bu məqmı Tanrı sənə verdi
Türklər, dövlətə «il» (sözün mənası: barış) deyərdilər. Bir döyüşçü olaraq müəyyən olunan bir cəmiyyətin dövlətə «il» sözü ilə sülh demələrinə baxmayaraq, ədalət üzrə yaşayışı prinsip etdiklərinə görə ziddiyyətli olduğu görünsə də, ictimai barış, dövlətin ayaq üstdə qalması üçün ən mühüm şərt idi. Dövləti ata gözündə görən türklər üçün millət öz atasına sədaqətli bir övlad sevgisiylə qulluq etməsinə bənzəyir. Buna görə dövlətə qarşı üsyan edənlərə ən ağır cəzalar tətbiq olunurdu.
Müstəqilliyə olan sevgilərni tarixin bir çox dövrlərində baş verən hadisələrin nümunələri ilə təsvir edə bilərik. Çin zülmü kimi ən çətin zamanlarda, Gürşad ortaya çıxdı, Çini qəlbindən vuraraq öz müstəqilliyini qazanmışdı.
Beynəlxalq lüğətdə dövlətlərin hakimiyyət tipləri üç növdə dəyərləndirilir: ənənəvi, xarizmatik, hüquqi hakimiyyət. Türk dövləti ənənəyə əsaslanan qut anlayışı, xarizmatik legitimlik nəzəriyyəsinin mərkəzində yer alır. «Kut», Tanrının hökmdara bağışladığı qüdrəti ifadə edər. Bu qüdrətin eyni ailənin üzvləri arasında davam etdiyinə inanılardı. İdarəetmədə müvəffəqiyyət davam edərkən, Xaqan tac- taxtda oturur, ancaq siyasi və iqtisadi çətinliyə məruz qalan zaman Tanrının verdiyi «qutu» geri aldığına inanılardı, ənənəyə görə Xaqanı taxtdan endirilərdi.
Kut inancı əski Türklərdən Osmanlılara qədər davam etmişdi. Məsələn, Asiya Hun İmperatorlarının ünvanı «Gök Tanrının taxta çıxardığı kut sahibi Tanuhudur». Şərqdəki Türk dövlətlərində deyil, Atilla rəhbərliyi altında Avropalı Hunlarda dövlət başçıları «Tanrının qılıncı» adını daşıyırdılar. Osmanlı sultanları, yer üzündə Allahın kölgəsi sayılan «zillullah-i gesi fil arz» ünvandan istifadə edərdilər.
Avropada tez-tez gördüyümüz xanədan dəyişikliyi bu coğrafiyada görülməməsi hikməti qut anlayışında axtarılmalıdır.
Yusuf Has Hacib Türklərin «Kutadgu Bilig»də əsrlər boyu dövlətsiz yaşaya bilmədiklərini izahəna diqqət yetirək:
«Kutun təbiəti xidmət, üstün ədalətdir. Fazilət və qismət kutdan doğar… Bəyliyə (Səltənətə) yol ondan keçər. Hər şey qutun əli altındadır, bütün arzular onun vasitəsiylə gerçəkləşir… İlahidir. Dünyada tam bir iqtidar qurşağı bağladı, qurd və quzu bir yerdə yaşadı. Bəy, bu məqama öz gücün və istəyinlə gəlmədin, bunu sizə Tanrı verdi. Hökmdarlar iqtidarı Tanrıdan alırlar»…
3. Cahan hakimiyyəti məfkurəsi
Bir xarizmatik lideri ətrafında birləşən Türklər, göydən aldıqları ənginlik təxəyyülü ilə dünyadakı dominantlığı yaratmaq üçün addımlar atardılar. Bu sistemdə də göyün təkliyinə uyğun olaraq yer üzündə də tək hökmdarı olmasına inanırdılar.

Zaman — zaman, bu anlayışa uyğun olaraq Türk dövlətləri cəng meydanında qarşı-qarşıya gəlmişlər. Sədi Şirazinin məşhur beytində, «Qırx dervişlər bir posta sığar, amma iki hökmdara bir dünya dar gələr»-deyər. Teymur və Yıldırım Bayezid arasındakı müharibə eyni düşüncənin təcəssümüdür.
Bu təsəvvür futuristik hərəkatın əsasını təşkil edən nöqtədir. Atilla da Macarıstan yaylalarında, Qanuni yaşlı halında Zigetvarda olmasının səbəbi də bu anlayışdır. Bizans tarixçisi Priskos (5-ci əsr) və Qot tarixçisi Jordanesə (6-cı əsr) görə Tanrı Aresin (Ərəs) qılıncına sahib olan atilla dünyanı öz idarəsinə almaq arzusundaydı. Fatih Sultan Mehmedin Otranto fəthi və Romanı hədəf kimi seçməsi bir təsadüf deyildi. İslamın qəbulundan sonra, qəza və fəth anlayışıyla nizamlanan dünyadakı cahan hakimiyyəti məfkurəsini Türklərin «Qızıl alma»sı əvəzlədi.
(Ardı var)
