Türkiyənin Samsun Yurt Savunma (SYS) şirkəti «CANİK M2» QCB 12.7 mm-lik ağır pulemyotun sınaqlarını tamamlayıb.
Fedai.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə mənbələrinə istinadla xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Utku Aral məlumat verib.
Onun sözlərinə görə, yeni silah Afrika və Cənub-Şərqi Asiya bazarlarında böyük potensiala malikdir:
«Dünyada bu cür silah istehsal edən yalnız dörd şirkət var. Türkiyənin SYS-nin beşinci şirkət olacağından qürur duyuruq. İldə iki min iri çaplı «CANIK M2″ pulemyotun istehsalını planlaşdırırıq. Bu günə qədər 650 ədəd istehsal etmişik».

Bu xəbəri paylaşın:
