Müharibə veteranları Baş həkim Mərkəzi Klinika Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayevi Fəxri Fərmanla təltif etdilər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik Elmar Hüseynov məlumat verərək deyib:
«Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfər qazanmış Müzəffər Azərbaycan Ordusunun Qazilərinə, Veteranlarına göstərdikləri yüksək səviyyəli tibbi müalicə, müayinə, xoş münasibət, şəfqət və mərhəmətinə görə Mərkəzi Klinika Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “FƏXRİ FƏRMAN”la təltif olunmuşdur».
FƏXRİ FƏRMAN Prof. Dr. Kamran Musayevə “Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynovdan tərəfindən təqdim edilib.
E. Hüseynov bundan sonra da anoloji işlərin davam etdiriləcəyini bildirib.
Təbrik edirik!
Elnur Səlim


