Putinin Paşinyanla qalmaqallı telefon danışığını Peskov təkzib etdi

Ermənistan hakimiyyətinin Paşinyanla Putin arasında baş tutan telefon danışığndan sonra  verdiyi açıqlama iki ölkə arasında əməlli başlı qalmaqala çevrilib.

Paşinyan  hakimiyyəti Putinlə görüşün yekunu olaraq yaydığı açıqlamanı Kreml təkzib etmək məcburiyyətində qalıb.

Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edən RF Prezidentinin mətbuat katibi Dmitriy Peskov   bildirib ki, telefon danışığında Vladimir Putin  Ermənistandakı vəziyyətin qanunlar çərçivəsində tənzimlənməsini dilə gətirib. 

Ermənistan hökumətinin rəsmi saytında isə qeyd edilib ki, Prezident Putin Ermənistanın qanuni hakimiyyətinə dəstəyini bildirib.

Kreml sözçüsü Peskov isə telefon danışığında qanuni  hakimiyyətin dəstəklənməsi barədə nə bir fikir, nə də bir kəlmə işlədilməyib, Putin sadəcə ölkədə  sabitliyin qorunmasını və vəziyyətin qanun çərçivəsində həll olunmasını dilə gətirib.

Bu xəbəri paylaşın: