Onlayn konfransda Qarabağ müharibəsi və Xocalı faciəsinin canlı şahidləri, qazilər iştirak etdilər

Bu gün ADPU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirildi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Tədbiri giriş sözü ilə universitetin rektoru prof. C.Cəfərov açıb. Xocalı faciəsindən və ikinci Qarabağ müharibəsindəki qələbəmizdən danışıb.

Tədbirin təşəbbüskarı filologiya fskültəsinin dekanı, prof. Mahirə Hüseynova, o dəhşətli Xocalı soyqırımı haqqında məlumat verdi və onun Xocalı faciəsinə həsr olunmuş şeirlərinə bəstələnmiş mahnı səsləndirildi.

Qarabağ qazisi polkovnik Elmar Hüseynova söz verildi. Qazimiz Xocalı şəhərində və aeroportda apardığı xidmətdən, qəhrəman şəhidlərdən, Əlif Hacıyev kimi igidlərdən bəhs etdi.

Tələbə gənclər Universitetin şəhid məzunlarından danışdılar və Mahirə xanımın şeirlərini səsləndirdilər. Digər qazilər Əvəz Abdullayev və Xocalı sakini Bəxtiyar Aslanov həmin günün dəhşətlərini anlatdılar.

Sonda tədbiri prof. M.Hüseynova zəfər çalmış bir xalqın, müzəffər ordunun növbəti qələbələrinə inam hissilə, nikbin ruhla bitirdi. Şəhidlərimizə Allahdan rəhmət dilədi. Müasir tariximizi yazan Ali Baş Komandana və onun müzəffər ordusuna, bu ordunun əfsanəvi qəhrəmanlarına uğurlar arzuladı.

Onlayn konfransda 1-ci Qarabağ müharibəsinin və Xocalı faciəsinin canlı şahidləri, qazilər iştirak etdilər.

1. Polkovnik, «Azərbaycan bayrağı» ordenli Hüseynov Elmar Knyaz oğlu.

2. Polkovnik- leytenant Bəxtiyar Aslanov.

3. Qarabağ qazisi Əvəz Abdullayev.

Tələbə gənclər Universitetin şəhid məzunlarından danışdılar. Mahirə xanımın şeirlərini səsləndirdilər.

Digər qazilər Əvəz Aslanov və Xocalı sakini Bəxtiyar Abdullayev həmin günün dəhşətlərini anlatdılar. Sonda tədbiri prof.M. Hüseynova zəfər çalmış bir xalqın, müzəffər ordunun növbəti qələbələrinə inam hissilə, nikbin ruhla bitirdi. Şəhidlərimizə Allahdan rəhmət dilədi. Müasir tariximizi yazan Ali Baş Komandana və onun müzəffər ordusuna, bu ordunun əfsanəvi qəhrəmanlarına uğurlar arzuladı.

Tədbiri giriş sözü ilə universitetin rektoru prof. C. Cəfərov açdı. Xocalı faciəsindən və ikinci Qarabağ müharibəsindəki qələbəmizdən danışdı. Tədbirin təşəbbüskarı filologiya fskültəsinin de kanı, prof. Mahirə Hüseynova, o dəhşətli Xocalı soyqırımı haqqında məlumat verdi və onun Xocalı faciəsinə həsr olunmuş şeirlərinə bəstələnmiş mahnı səsləndirildi.

Qarabağ qazisi polkovnik Elmar Hüseynova söz verildi. Qazimiz Xocalı şəhərində və aeroportda apardığı xidmətdən, qəhrəman şəhidlərdən, Əlif Hacıyev kimi igidlərdən bəhs etdi.

Fedai.az

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •