Sarkisyan Paşinyanın vəsadətini geri qaytardı

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın etirazlarını təqdim edərək, onun vəzifəsindən azad edilməsi barədə vəsatətini hökumətə geri qaytardı.


“Konstitusiyaya görə, Paşinyan yeni bir vəsatət qaldırarsa, prezident ya onu imzalamalı, ya da Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Bu qərar konstitusiyaya zidd olsa, nə edilməsi lazım olduğu aydındır” — deyə sabiq Ədliyyə naziri Arpine Ovannisyan öz facebook səhifəsində yazdı.


Elə bu gün Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahında olub.


Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan ilə görüşüb.

Türkay Xaqan

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •