Ermənistan gizli yolla Qarabağa əsgər yollayıb

Amerikalı jurnalist Patrik Lankaster Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşan və etiraz edən valideynlərin izdihamı ilə video müsahibəni dərc edib. Video müsahibədə qeyd olunur ki, dünən, gecə saat 3-də Ermənistandan olan əsgərlər gizli şəkildə Qarabağa qapalı avtomobillə, tikinti materiallarının daşınması adıyla göndərilmişlər.

Əsgər valideynləri üsyana qalxaraq övladlarının geri qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fervralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bunları deyib: “Biz orada hazırda nəyin baş verdiyini bilirdik və bilirik. Müharibə dövründə də, ondan qabaq da bilirdik. Bu, təbii ki, bizə müharibə vaxtı kömək edirdi. Elə indi də kömək edir. Ona görə də indi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”.

Beləliklə, Rusiya sülhməramsızlarının çirkin oyunları davam edir. Monitorinq Mərkəzi bu faktı təcili araşdırmalıdır.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: