Ermənistanın Azərbaycana atdığı «İsgəndər» Rusiyanın «altını üstünə çevirib»

Fedai.az Araşdırma Qrupu 16 aprel 2019-cu ildə «ERMƏNİLƏRİN «İSGƏNDƏR» BLEFİ»adlı yazı yayınlamışdı. Yazını olduğu kimi diqqətinizə çatdırırıq: «Bizim bəzi saytlar nadancasına «ermənilərin «İsgəndər» blefini» yeri gəldi-gəlmədi öz səhifələrinə daşıyırlar. Üstəlik, ötən gün Azərbaycanın raket kompleksləri barədə əldə etdiyimiz məlumatları sizlərin diqqətinə çatdırmışdıq və daha nadan bir zehniyyətlə rastlaşdıq. Guya «hiperpatriotlar» müxalif fikirli olduqlarını bildirmək üçün ağızlarına gələn hədyanları yazdılar. Amma hərbi «mətbəximizə» aid yazını oxumadan fikirlər yazdılar. Həm də, özlərini güya döyüşçü sayanların da bu sırada durmaları qəlb ağrıdıcı bir mənzərə idi.


Bəli Qarabağ maksimum bu yayadək azad edilməlidir! İstər raketlə olsun, istər canlarımızı sipər edək. Vətən torpağının taleyi ilə bu gizli danışıqlara son qoyulmalıdır. Düşmən bir qarış verməyəıcəyini bəyan edərək əlavə ərazilərdə gözü olmasını bəyan edib. Bizimkilər isə «ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyimizi» bəyan edirik. Bəs onda, görəsən bu Xarici İşlər nazirləri hansı dildə və nə barədə danışırlar? Bəlkə sözü Tanoyanla Həsənova verək? Qoyun bir az da onlar danışsınlar….


Mətləbə keçək. «İsgəndər» erməni blefinin məqsədi xalq arasında xof yaratmağa xidmət edir. Erməniləri anladıq. Onlar düşmən olduqları üçün öz işlərini görürlər. Bəs bizim bu «sahibsiz» saytlar kimlərə xidmət edirlər?


Məlumat üçün bildirim ki, araşdırsanız görərsiniz, «İsgəndər» kompleksi erməniyə satılmayıb. Onun tam sahibi və nəzarətçisi Rusiyadır. Əslində bu gün qonşu ölkədə yaşayan milyon yarımlıq hay tör-töküntüsü Rusiyanın pul ilə aldığı bir «mənzildə kirayənişin» kimi yaşamaqdadırlar.


Sərhədlərin mühafizəsi bir başa Rusiyaya aid məsələdir. Tək bu məsələ kifayətdir ki,sərhəddən keçən hər bir mərmi üçün Rusiyanı günahlandıra bilərik. «İsgəndər» kompleksinin hərbi cəhətdən istifadəsini Rusiya nəzarətdə saxlayır.


Ermənistandakı raket sistemi satılmış olsa belə, 3-cü pusk (buraxılış) düyməsi Putindən birbaşa asılıdır. Ermənilər hətta 2 pusk (buraxılış) düyməsinə sahib olsalar belə 3-cü düymə basılmadan haranı isə vurmaq mümkün deyil. Yəni erməni blefini bizlərə «xox» kimi yaymaqdansa Rusiyanın bu məsələyə münasibətini və erməni şantajına münasibətlərini öyrənməyə çalışmalıyıq.


Bu faktı isə təcavüz çağrışı kimi dünyanın diqqətinə çatdırmalıyıq»…
***
Çünki Ermənistanın Baş naziri, Müdafiə naziri, sabiq Müdafiə nazirləri (S. Ohanyan və D. Tonayan), müxalif fikirli klan nümayəndələri, «Adekvat» partiyasının lideri Artur Danielyan, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi və ötən gün vəzifəsindən istefa vermiş baş hərbi müfəttiş, general Movses Akopyan və qeyriləri təsdiqləyiblər və bu atəşi əks etdirən video görüntülər də yayılıb.


Rusiya Müdafiə Nazirliyi bildirir ki, «İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb.


RF Müdafiə nazirliyi bəyan edib: «Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir «İsgəndər» raket kompleksi tətbiq olunmayıb”.


Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır!!!


Daha sonra Dövlət Dumasının deputatı, Rusiya və Suriya parlamentləri arasında dostluq qrupunun rəhbəri Dmitri Sablinin RİA Novosti-yə verdiyi açıqlamada deyilir: «Ermənistanın baş naziri Nikol Paşinyanın «İskəndər” əməliyyat-taktiki kompleksinin partlamamış raketləri barədə verdiyi açıqlama ən azından onun səriştəsizliyindən xəbər verir”.


Sablin Paşinyanın «İkinci Qarabağ Savaşında «İskəndər” raketi niyə partlamayıb?» sözlərini belə şərh edib: «Pis rəqqasa «yumurtaları» mane olur. Bu ironik atalar sözü Ermənistan baş nazirinin «İskəndər”in İkinci Qarabağ Müharibəsindəki istifadəsi və «köhnəlməsi» ilə bağlı sözlərini ən yaxşı şəkildə xarakterizə edir. Hərbi səriştəsi olan insanlar bilir ki, bu XXI əsrin ən yaxşı universal əməliyyat taktiki raket sistemidir. «İskəndər» Suriyada terrorizmlə mübarizə zamanıl yüksək performansını təsdiqləyib».

Onun fikrincə, məsələ təkcə Ermənistan baş nazirinin səriştəsizliyində deyil.


O, deyib: «Sorosun dərslikləri Paşinyanı yanıltdı. Bu, küçə mitinqləri sayəsində yabançı, düşmən ssenarisi üzrə hazırlanan pafoslu şüarlar altında ölkəsini məhv edən insanın hakimiyyətə gətirməsinin acı sonluğudur. Təkcə Ermənistan vətəndaşları deyil, hamı buna əmin oldu”. Daha əvvəl Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı «İsgəndər”in istifadəsi barədə məlumat vermişdi. Amma o kompleksin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməmişdi.

“Qarabağ müharibəsi zamanı “İsgəndər” raketləri Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən Azərbaycandakı hədəflərə atılıb”.


O qeyd edib ki, Azərbaycanın hədəflərinə Ermənistandan “İsgəndər” raketlərinin atılması İrəvanla müttəfiq olan Rusiya ilə Azərbaycan, o cümlədən Türkiyə arasında müharibəyə səbəb ola bilərdi.


Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketlərinin səmərəsizliyi ilə bağlı açıqlamasına münasibət bildirən ekspert hesab edir ki, bu, 2020-ci ilin payızında baş verən müharibədə bir dövlət rəhbəri olaraq Paşinyanın Dağlıq Qarabağın müdafiəsində şəxsi uğursuzluğunu və ya səriştəsizliyini ört-basdır etmək üçün həyasız cəhdidir.

Rusiyalı hərbi ekspert Viktor Litovkin “İsgəndər” raketlərinin etibarlı silah olduğunu, ancaq onun döyüşə hazır vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb: “Ehtimal ki, döyüşə hazır vəziyyətdə saxlanılmayıb. Qarışıqlıq, Ermənistan Silahlı Qüvvələrində xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisaslı olmaları əminliklə deməyə əsas verir ki, “İsgəndər” komplekslərini anbarlarda toz basıb, onlara lazımi texniki və reqlamentə uyğun xidmət göstərilməyib. “İsgəndər”lərin döyüşdə istifadəsi üçün təlimlər keçirilməyib və ya həmin təlimlər etinasızlıqla aparılıb”.


Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli televiziya kanalına müsahibəsində keçmiş prezident Serj Sarqsyanın Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməməsi ilə bağlı ittihamlarına cavabında həmin raketlərindən istifadə olunduğunu, lakin onların əksəriyyətinin yararsız çıxdığını və partlamadığını bildirib.

Rusiya «İsgəndər»i xilas etmək istəyir. Vurulmuş 7 ədəd S-300-ü niyə ağlamır?

Taktiki raketlər üzrə 37 illik təcrübəyə malik texniki elmlər doktoru Vladimir Kovolyov Paşinyanın fikirlərinə daha sərt formada cavab verib.


«Rusiyaya məxsus “İsgəndər”lərin işləməyəcəyini deyən Paşinyan sözünə cavabdeh olmalıdır. Raket kompleksi barədə bu sayaq iddialar irəli sürmək həm də məsələnin mahiyyətini bilməməkdən irəli gəlir. Açıq şəkidlə demək lazımdır ki, Ermənistanın Baş nazirinin bu cür fikirlər söyləməsi ləqayətsizlik və şərəfsizlikdir. Paşinyan ağzının danışığını bilmir. Onun “80-ci illərin silahı” barədə danışdıqları isə cahl bir həvəskarın yanaşmasından o yana keçmir. Rusiya ordusu yalnız 2019-cu ildə “İsgəndər”lə silahlanmasını başa çatdırıbsa, hansı “80-ci illərin silahı”ndan söhbət gedə bilər?”, — deyə Kovalyov bildirib.


Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin “Daily Storm”a müsahibəsində qeyd edir ki, əvvəlcə öyrənmək lazımdır, Paşinyan “İsgəndər”in taktiki və texniki xüsusiyyətlərini, ümumiyyətlə, oxuyubmu və bu raketin nə üçün istifadə edildiyini bilirmi: “Şikayətin nə olduğunu başa düşmürəm. Yəqin ki, Paşinyanın heç vaxt hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. O, iddialarını faktlarla təsdiqləməlidir. 10 “İsgəndər” raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər 9-u hara düşdü və partlamadı?


Məncə, Paşinyan açıq şəkildə üzr istəməlidir. Lakin o, bütün dünyaya səs saldı. Paşinyanın ifadəsi onun, ümumilikdə, hərbi məsələlərə nə qədər “dərindən” girdiyini göstərir”…

Bu fikirlər Rusiya KİV-lərində yüzlərcədir. Ermənistanın israrlı bəyanatları Rusiyanı silkələməkdədir. Xüsusən satışını düşündükləri köhnəlmiş «İsgəndər»lərin silah kimi dünyada biyabır olmasını RF gizlətməyə çalışır. Həm də yuxarıda qeyd etdiyim kimi faktın təsdiqlənməsi Rusiyanın Birinci Qarabağ müharibəsi zamanında olduğu kimi bu savaşda da tərəf olmasının açıq sübutudur.

Qeyd: Mütəxəssis rəyi kimi deyə bilərik ki, bu videoda istifadə edilən «»İsgəndər»-E ballastik raketidir. Xarici müştərilərə İskəndər-M adlı raket sisteminin xarici alıcılara İskəndər-E sadələşdirilmiş versiyası təklif olunur. Kompleksin sadələşdirilməsi, məsafənin 280 km-ə endirilməsinə görədir və çatdırılma variantları özünə nişan verən elementləri olan çoxluqlu başlıqları əhatə etmir. İxracat versiyasında OTRK-nin menzilinin azaldılması, 300 km-dən çox mənzilli raketlərin ixracının beynəlxalq müqavilələrlə qadağan edilməsi ilə əlaqəlidir. Bəzi özünü hərbi ekspert adlandıran hərşeyşünaslar Ermənistandakı «İsagəndər» — E raketlərini «İsagəndər» — M adlandırıb və bu nüansı unudublar. Rusiyaya yarrınmaq istəyən bu ekspert, əslində Rusiyaya yeni bir sanksiyaya yol açacaq bir açıqlama verdiyini anlamadığını deyə bilərəm. Çünki qadağan olunmuş silahın başqa bir ölkəyə verilməsi qadağasını pozmamaq üçün ruslar «İsagəndər» — E variantını seçərək uçuş məsafəsini azaldıblar.

Başqa bir çox silahlar isə Ermənistan adıyla Qarabağdakı separatçı-terrorçu rejimə hədiyyə edilib. Yəqin ki, Krasnodartsax Federasiyasının bu həngamədən xəbəri «olmayıb?» Separatizmi və terrorizmini dəstəkləməklə RF bölgədə iyrənc bir imicə sahibdir.

Rusiya və onun «propoqandon»ları bir an belə anti Azərbaycan təbliğatlarına fasilə verməmələri Rusiyanın bu məsələdə səmimi olmadığını dönə-dönə sübut edib. Onun tərəf olduğunu bu günədək utanmadan və bir Velikorus həyasızlığı ilə «Arsax müdafiə ordusu» kimi bir olmayan şeyi təkrarlaması sübut edir. Bu sürüşkən xislətli Rusiya 45 min erməni qoca-qaltağı yığa bilmədiyi Qarabağın 45 minlik «ordusundan» dəm vurmasına ad qoymaq çətindir. Faktiki olaraq, bu ordunun 14 min nəfəri məhv edilib, 8750 nəfər yaralanaraq sıradan çıxarılıb. Bir tam olan Qarabağın 800 minlik əhalisi içində 45 minlik erməni çoxluğu barədə danışması isə rus mujikinin ayı xisləti və özünü qanmazlığa qoymasının göstəricisidir. Rusiya helikopterin vurulmasını öz aləmində bizə qarşı kozır kimi işlətdiyini düşünür. Amma gecə uçuşunun müşaiyyət xarakterli olmasını RF MN artıq özü etiraf edib. Sizcə, bu helikopter nəyi müşaiyyət edirdi? Zəngilan istiqamətə hərəkətə keçən 4-cü ordu 31-ci briqadanın hərəkətini də ermənilər tezliklə deyəcəklər. Rusiya Troya atı planına uyğun olaraq Qafqazda bu məkrli oyunların qurbanı kimi ayaqlarını intirəcək. Bizimlə səmimi olmadan burada duruş gətirməyi düşünürsə və tələsik Ermənistana yeni metallomlar daşıyıb yığırsa, öz sonunu tezləşdirir.

Rusiya bu müharibədə neytral olmayıb və düşmənin etiraf etdiyi kimi sonadək vuruşub. Sadəcə uydurduğu «Arsax müdafiə ordusu» adı arxasında gizlənərək bütün raketləri, artileriya qurğularını, məhz özləri idarə edib və bölgədən 286 «Gruz-200» terrorçu leşi Rusiyaya yola salınıb. Əgər belə olmasaydı pulsuz olaraq verdiyi bunca rus metallomunu Azərbaycana daşınmasına etiraz edərdi. Bu gün məskunlaşdırmağa adam tapmadığı bölgəyə 4-5 milyard dollarlıq silahı yığan bir ölkə utanmadan özünə «sülhməramlı» adı qoyub. Bu, Tarixin bir ironiyasıdır.

Məhv edilmiş bu tip sistemləri bir daha xatırladaq: 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası — 1 ədəd, “TOR” zenit-raket kompleksi — 5 ədəd, “Osa” zenit-raket kompleksi — 40 ədəd, “KUB” zenit-raket kompleksi — 4 ədəd, “KRUQ” zenit-raket kompleksi — 1 ədəd, zastava — 14 ədəd, “S-125” zenit-raket kompleksi — 2 ədəd, pilotsuz uçuş aparatları — 22 ədəd, “Elbrus” əməliyyat-taktiki raket kompleksi — 2, ballistik raket — 1, “Toçka-U” raket kompleksi — 1, radioelektron mübarizə vasitələri — 5 ədəd. Bu sistemlərin bütün mütəxəssisləri, məhz ruslar olduğunu da düşmən özü etiraf edib. Akopyan, hətta Qrad qurğusunu atmaq üçün erməni mütəxəssislərinin olmadığını bildirmişdi.

Bu gün də Rusiya, məğlub olmasına baxmayaraq, qələbəmizə sahib çıxmağa çalışır. İçimizdə bəslənən 5-ci kolonun yetimçələrini hərəkətə gətirib. Amma xalq öz liderinə inanır və inanmalıdır. Bizlər birinci səhvlərin bir daha buraxılmasına imkan verməyəcəyik. Rusiyanın Azərbaycanın içində Ermənistana «kor bağırsaq» düzəltmək arzusunu gözündə qoyacağıq. Kor bağırsağın sancısını cərrah bıçağı daha tez kəsər. Hərçənd bu həqiqəti bunlardan daha ağıllı olan Paşinyan yumruq başına dəyən kimi anlayıb.


İvan, luçşe idi domoy!

P.S. Xatırladım ki, təqdim etdiyimiz video görüntülər bir çox rus saytlarından silinib.


Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: