Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir. Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar” deyə bəyan etdi.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •