Ermənilər həqiqəti deyən qadından əl çəkə bilmirlər

Erməni News.am saytı həqiqəti söyləyən erməni xanımın kimliyindən yazıb. Şuşa və Artsaxı Azərbaycan torpağı adlandıran bu qadın Xaçatur Sukiasyanın evində xadimə işləyir. Bu barədə Mediaport Telegram kanalı yazır.

“1 Mart tarixindəki Nikol Paşinyanın mitinqinə qatılan, “Şuşa, əlbəttə ki, azərbaycanlılara məxsusdur, Artsax da Azərbaycana aiddir” deyən qadın Paşinyanın tərəfdaşı, oliqarx Xaçatur Sukiasyanın evindəki təmizlikçilərdən biridir.

«Mediaport»dakı bir mənbəyə görə, qadın adi bir vətəndaş olaraq mitinqə aparılıb və Paşinyana dəstək bəyanatı verməsi tapşırılıb. Ona görə də o, qalmaqallı fikirlər söyləyib və tənqid hədəfinə çevrilib”-deyə Mediaport Telegram kanalı yazır.

Bu xəbəri paylaşın: