Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti şəhid analarını təbrik edib

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətiylə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Ali Baş Komandan cənab İlham Əliyev siyasətini dəstəkləyən, müharibə iştirakçılarının və şəhid ailələrinin daim yanında olan Adil Əliyev şəhid analarını təbrik etdi və onlara maddi yardım göstərdi.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin sədri Müşfiq Əliyev məlumat verib.


Mərasimdə bayram süfrəsi təşkil edilib.Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev şəhid ailələrinin problemləriylə maraqlanıb.


Adil Əliyev bu sosial təbəqəyə mənsub olan insanlara qayğı və diqqətiylə seçildiyinə görə, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti də onu Fəxri Fərmanla təltif edib.


Cəmiyyətin sədri Müşfiq Əliyev toplantı iştirakçıları və cəmiyyət üzvləri adından Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevə minnətdarlığını bildirdi. O, xatırlatdı ki, Adil Əliyev daim şəhid ailələrinin yanındadır. Onlara daim öz diqqət və qayğısını əsirgəmir.


Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: