Göygöl rayonunda şəhid ailələrinə baş çəkilib

Göygöl rayonunda da 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə şəhid ailələrinə baş çəkilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.


Həbib Hüseynov bildirib ki, bu təşəbbüs rayonun Nadel kənd orta məktəbinin direktoru Lilpar Nəsrəddin qızı Verdiyevaya məxsusdur. Lilpar Verdiyeva gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıyla yanaşı daim bu cür təşəbbüslərin həyata keçirilməsinə çalışan vətənpərvər bir insandır. Bu il də 8 Mart bayramı münasibətiylə şəhid anaları və xanımlarının yanında olduq. Lilpar xanım onlara maddi və mənəvi dəstək göstərdi.

Göygöl şəhərində qəhrəman döyüşçü Vüsal Həsənovun ailə üzvləri ilə xatirə şəkilləri çəkildi.


H. Hüseynov qeyd etdi ki, bu cür aksiyaların gələcəkdə də həyata keçirilməsini planlaşdırrıq. Bu cür xeyirxah təşçəbbülərin müəllifi olan Nadel kənd orta məktəbinin direktoru Lilpar Verdiyevaya rayon veteranları adından öz təşəkkürümüzü bildiririk.

Allah şəhidlərimizə rəhmət eləsin!


Vaqif Sadıqov

Bu xəbəri paylaşın: