Ərdoğanla Conson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

“Haber Global”ın verdiyi məlumata görə, danışıq zamanı ticarət, turizm, müdafiə, xidmət, investisiya və koronavirusla mübarizə kimi bir çox sahələrdə Türkiyə və Birləşmiş Krallıq arasındakı əlaqələr müzakirə olunub.

Dövlət və hökumət başçısı həmçinin regional məsələləri də müzakirə ediblər. (oxu.az)

Bu xəbəri paylaşın: