Dövlət erməni ailələrinə kömək edəcək

Dövlət dolanışıq üçün gəlir yerlərini itirmiş erməni ailələrinə kömək edəcək.

Epress.am saytının verdiyi məlumata görə, Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi koronavirus pandemiyası səbəbindən əmək bazarında rast gəlinən çətinliklərə görə sosial problemlərlə üzləşən azyaşlı uşaqları olan ailələrə maddi yardım göstərəcəkdir.

Yardım hər bir yetkinlik yaşına çatmayan uşağa minimum aylıq əmək haqqı məbləğində birdəfəlik məbləğdən ibarətdir. Benefisiar şəxslər azyaşlı uşaqlar olanlar və aşağıdakı hallardan birinin olduğu bütün ailələrdir:

  • hər iki valideyn 2020-ci il martın 15-dən aprelin 1-dək işdən azad edilənlər;
  • valideynlərdən biri martın 15-dən aprelin 1-dək, digəri isə işsiz olanlar;
  • valideynlərdən biri qeyd olunan müddətdə işdən çıxarılan, digəri öldüyü və ya itkin düşdüyü bilinənlər;
  • göstərilən müddətdə işdən çıxarılan tək analar və ya uşağı ilə yaşayan tək valideynlər (uşağın valideynləri boşanıblarsa).

Martın 16-dan 14-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Əvvəlcə təhsil müəssisələri bağlandı, ictimai tədbirlərin keçirilməsinə qadağa qoyuldu. Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı.

Martın 24-dən etibarən evlərini yalnız fövqəladə vəziyyətlərdə tərk edə biləcək vətəndaşların hərəkətinə təsir edən yeni məhdudiyyətlər tətbiq olundu. Bu bir həftə davam edəcək. Müəssisə və təşkilatların işi dayandırıldı, ərzaq mağazaları, banklar və apteklər fəaliyyətini davam etdirirlər.

Martın 24-ü axşamdan etibarən tətbiq olunan məhdudiyyətləri xatırlatmaq üçün polis maşınları küçələrə nəzarət etməyə başladı.

Elnur Səlim

Bu xəbəri paylaşın: