«Elvin, cənnətdə ilk ad günün mübarək!»

Vətən müharibəsində şəhid olan Elvin Tələt oğlu İsmayılovun doğum günüdür.


Şəhid Elvin Tələt oğlu İsmayılov 9 mart 1989-cu ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olub. Qəhrəman döyüşçü Füzuli-Cəbrayıl istiqamətində aparılan məliyyat zamanı şəhid olub. Onun döyüş xidmətləri «Vətən uğrunda» və «Füzulinin azad olunması» medallarıyla təltif olunub.


Doğum günü münasibətiylə şəhid Elvin İsmayılovun yaxınları onun məzarını ziyarət edib və ruhuna dualar oxuyublar.


Bir faktı da xatırladaq ki, şəhidin həyat yoldaşının ad günü də bu gündür. Arada 1 gün onları ayırırdı…


Onun doğum günü münasibətiylə hazırlanan tortdakı kimi deyirik: «Elvin, cənnətdə ilk ad günün mübarək!»

Allah şəhidlərimizin namını uca eləsin!


Türkay Xaqan

Bu xəbəri paylaşın: