Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əsasnaməyə görə, aşağıdakı hallarda

I dərəcə əlillik müddətsiz təyin edilir:

  • iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
  • iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
  • iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
  • hər iki əlin bilək oynağından amputasiyası.

II dərəcə əlillik müddətsiz təyin edilir:

  • bir budun güdülü;
  • bir əlin güdülü.

III dərəcə əlillik müddətsiz təyin edilir:

  • bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
  • birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
  • baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə  travmatik qopması).(ƏƏSMN)
Bu xəbəri paylaşın: