Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.
Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sıralarında Daxili Qoşun tərkibində düşmənə qarşı döyüşmüş yüzlərlə müharibə veteranımız var. Elə AVMVİB sədrinin müavini, polkovnik Salman Musayev belələrindəndir. Bu tarixi gün barədə Salman Musayevə müraciət etdik.

Salman Musayev
1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Senebi kəndində anadan olub. 1978-80-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında hərbi xidmət keçib. 1984-cü ildə SSRİ DİN DQ Leninqrad ali hərbi-siyasi məktəbini uğurla başa vuraraq DQ-nin Tiflis və Kutaisi şəhərlərindəki hərbi hissələrində xidmət keçmiş, 1991-ci ildə DQ-ın Naxçıvan MR-da xidmətini davam etdirmişdir. 1992-ci ildən artıq müstəqil Azərbaycanın DİN Daxili DQ-ın Bakının Biləcəri qəsəbəsindəki N saylı h/ h-də çalışmış, həmin ilin sonlarından isə Əli Bayramlı (indiki Şirvan) şəhərindəki N saylı h/h-də komandir müavini və komandir vəzifələrində xidmət etmişdir. 1993-cü yanvar ayından DİN DQ Döyüş Hazırlığı İdarəsinin rəisi və eyni zamanda DQ komandanının müavini vəzifəsini icra etmişdir. 2001-ci ildə DİN Polis Akademiyasını bitirib. 2003-cü ildən isə DQ Baş İdarəsinin inspeksiya rəisi olmuşdur. Bu müddət ərzində Daxili Qoşunların Baş İdarəsində Zabitlər Şurasının Hərbi Elmi, Səmərələşdirici və Metodiki (pedoqoji) Şuranın , Mənzil-Məişəti, Attestasiya və İdman Komitələrinin sədri kimi ictimai vəzifələr də aparmışdır. Polkovnik Salman Cəlal oğlu Musayev Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli fərmanıyla «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.2009-cu mayından Silahlı Qüvvələrdən tərxis olunub. Ancaq dövlət qulluğunu davam etdirir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavinidir.
— Salman müəllim, Siz Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının yaranması, formalaşması və keçdiyi xidmət yolu haqqında qısa məlumat verərdiniz…
— Öncə bu əziz və tarixi gün münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Daxili İşlər naziri VilayƏt Eyvazovu , Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunlar Komandanı Şahin Məmmədovu, Daxili Qoşunlarının ehtiyatda olan, hazırda Vətənə və dövlətçiliyimizə xidmətlərini davam etdirən bütün şəxsi heyətini və Daxili Qoşun hissələrinin tərkibində döyüş yolu keçmiş müharibə veteranlarını təbrik edirəm, onlara və şəhid olmuş hərbi qulluqçularımızın ailə üzvlərinə möykəm can sağlığı, xoşbəxtlik, səadət, xidmətdə və şəxsi həyatında uğurlar arzulayıram.
Bildirmək istəyirəm ki, Daxili Qoşunların yaranmasından rəsmən 29 il keçir. Amma onun əsası daha öncələr qoyulmuşdu. Azərbaycan Respublikası Daxili Qoşunlarının əsası 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. 1919-cu il 10 iyun tаriхində Аzərbаycаn Dеmоkrаtik Rеspublikаsı Dövlət Müdаfiə Kоmitəsinin iclаsındа qərаrа аlınmışdı ki, Bаkı şəhəri və оnun rаyоnlаrının ərаzisində yаşаyаn hərbi çаğırış yаşınа çаtmış şəхslər üçün hərbi hаzırlıq təşkil еdilsin. Könüllü dəstələrin təşkili üzrə kоmissiyаnın sədri (bеş min rubl əməkhаqqı vеrilməklə) Yusif Ziyа bəy Tаlıbzаdə təyin еdilmişdir.
O zaman könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən bu qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin qarşısının alınması kimi vəzifələri yerinə yetirirdi. 1919-cu il mаrtın 27-dən Dахili İşlər Nаzirliyinin tərkibində оlаn Bаkı şəhərinin 14 rаyоnundа sаbitlik və nizаm-intizаmın qоrunub sахlаnmаsı ilə fəаliyyətə bаşlаyаn «Könüllü yаrdım аlаyı» еlə Dахili Qоşunlаrın vəzifələrini icrа еdirdi. Alayın ilk komandanı polkovnik Yusif Ziya Talıbzadə olmuşdur.
Yusif Ziyа Tаlıbzаdə 1877-ci il yаnvаr аyının 22-də Tiflisdə аnаdаn оlmuşdur. Əvvəlcə Tiflisdə, sоnrа isə Хоrаsаn və Bаğdаddа yüksək təhsil аlmış Yusif Ziyа ХХ əsrin əvvəllərində türkçülük, islаmçılıq, аzərbаycаnçılığın idеоlоqlаrındаn biri, publisist, mааrifçi, şаir, drаmаturq, hərbçi və siyаsi хаdim idi. О, 1917-1923-cü illərdə milli istiqlаl hərəkаtının fəаl iştirаkçısı оlmuşdur.
1920-ci il 27 mаrt tаriхində yеnə də Аzərbаycаn Dеmоkrаtik Rеspublikаsı Dövlət Müdаfiə Kоmitəsinin qərаrı əsаsındа Bаkı təşkilаtının Yаrdım аlаyının könüllü dəstələri АDR Dахili Işlər Nаzirliyinin sərəncаmınа vеrilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daxili qoşun hissələri bir qayda olaraq SSRİ DİN-in tərkibinə verilmişdir.
Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycanın Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsi kimi yaranması və formalaşması ölkəmizin çox çətin, qarışıq bir dövrünə təsadüf etmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Daxili Qoşunların torpaqlarımızın müdafiəsi məqsədi ilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunmuşdur.
Həmin ildən etibarən DİN Daxili Qoşunlarda 12 mart tarixi «Daxili Qoşunlar Günü» kimi təntənəli şəkildə qeyd olunur.
Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlıdır. Xalqa və dövlətə sədaqətlə xidmət edən qoşunların hərbi qulluqçularının polis orqanları əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetiriblər.
1992-1994-ci illərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusu ŞƏHİD OLMUŞ, 1173 nəfər yaralanmış, 9 nəfər itkin düşmüş, 9 nəfər hərbi qulluqçusu isə “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür, hal –hazırda onlardan biri Polkovnik Sahil Məmmədov (Azərbaycanın Milli Qəhramanı) sağdır.
2020-ci il sentyabr ayından noyabr ayına kimi olan Respublikamızın ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi”ndə Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu ŞƏHİD OLMUŞ , 346 nəfər yaralanmışdır.
-Ötən illər ərzində Daxili Qoşun birləşmələri hansı inkişaf yolu keçmişdir?
— 1994-cü ildən başlayaraq Daxili Qoşunlarda idarə etmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi hərbi intizamın möykəmləndirilməsi, normativ – hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməlli tədbirlər həyata keçirilib.
Planlı şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarə etmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu dahada yüksəlib, mənəvi – psixoloji durumu dahada möykəmlənib. Umummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Naziri sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşdirilməsinə böyük önəm verilmiş və onun xüsusi diqqət və qayğısı ilə Daxili Qoşunlar formalaşıb və inkişaf edib.
Dövlət Başçımızın bu gün də ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırıqlarını kefiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitçiliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilmiş maddi – texniki bazanın, kazarma – yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsdəyönlü tədbirlər həyata keçirilmiş ən yüksək beynəlxalq standartlara uyğun olaran texnika, xüsusi vasitələr və rabitə vasitələri ilə təchiz edilib. Bu cür inkişafda hər kəsin əməyi var. 2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

-Daxili Qoşunlar öz yaranma gününü qeyd eləyir. Bu ildönümünü digərlərindən fərqləndirən səbəb nədir?
— Qeyd etmək istəyirəm ki, Daxili Qoşunlar yarandığı gündən bu günə kimi Daxili İşlər orqanların polis əməkdaşları ilə birgə ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin və hüquq qaydalarının qorunmasında silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində təbii fəlakətlərin texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında, rejim karantin tədbirlərinin həyata keçirilməsində şəxsi heyyətin özünəməxsus rolu vardır. Sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminatı kimi məsuliyyətli bir vəzifə daşıyır.,
Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.
Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinin, “Bakı 2015” I Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının və digər mötəbər yarışlar zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunması Daxili Qoşunların yüksək peşəkarlığının göstəricisidir. Bu sahədə əldə olunan zəngin təcrübə və mövcud potensial Bakının ev sahibliyi etməyə hazırlaşdığı UEFA Avropa Liqasının final matçının, eləcə də bu il ölkəmizdə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları zamanı da ictimai asayişin mühafizəsinin və ictimai təhlükəsizliyin qorunmasının ən yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.
Bütün bunlar göstərir ki, bu gün Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunması ilə yanaşı, torpaqlarımızı düşmən tapdağından azad edilməsi zamanı göstərdikləri şücaət və əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bu ili digər ildönümlərindən tam fərqli bir məcraya yönəldib. Bu gün Zəfərin qazanılmasında yaxından iştirak etmiş Daxili Qoşunlarımız daha inamlı və mübarizdir. Bir daha Daxili Qoşunların yaranması günü münasibətiylə xalqımızı, bu Qoşunun tərkibində vuruşmuş müharibə veteranlarını, şəhidlərimizin ailələrini, zabit və əsgər heyətini təbrik edirəm!
Biz də təbriklərə qoşulur, Sizi və sizin simanızda Daxili Qoşunların şəxsi heyətini, müharibə veteranlarını AVMVİB adından təbrik edirik!
Elnur Səlim