Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın İbrahimovun verdiyi məlumata görə, rayon şöbəsinin üzvləri Balakən rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Dilbər Quliyevanı «AVMVİB 25 il» Xatirə medalıyla təltif ediblər.

Aydın İbrahimov bildirib ki, Dilbər Quliyeva şəhid ailələrinə, yaralı qazilərimizə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə Xatirə medalı ilə təltif olunub. Xeyirxah insanlarımız diqqətdən kənarda qalmamasına çalışırıq. Necə deyərlər «heç kim unudulmamalı, heş nə yaddan çıxmamalıdır».
Baş həkim D. Quliyevanı təbrik edən şöbə sədri onun rəhbərlik etdiyi xəstəxana kollektivinə də veteranlar adından öz minnətdarlığını bildirib.
Təbrik edirik!
Türkay Xaqan
